Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2519/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2019-cu il tarixli 00851928 saylı müqaviləyə əsasən, 876 manat ödənilməmiş hissə, 262 manat dəbbə, 17.09.2019-cu il tarixli 00919726 saylı müqaviləyə əsasən, 1105 manat ödənilməmiş hissə, 306 manat dəbbə, 02.12.2019-cu il tarixli 01094896 saylı müqaviləyə əsasən, 1339 manat ödənilməmiş hissə, 405 manat dəbbə, 09.01.2020-ci il tarixli 20024836 saylı müqaviləyə əsasən, 1255 manat ödənilməmiş hissə, 382 manat dəbbə, 26.01.2020-ci il tarixli 20062349 saylı müqaviləyə əsasən, 982.8 manat ödənilməmiş hissə, 293.2 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7236 manat pul vəsaitinin Cavabdeh alınaraq ABC X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ABC Telecom MMC ilə 17.08.2019-cu il, 17.09.2019-cu il, 02.12.2019-cu il, 09.01.2020-ci il, 26.01.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung LED televizor, LG Paltaryuyan, LG Qabyuyan, Hoffmann Kondisioner, Samsung LED televizor almış və nəticədə 7206 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1314 manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1138 manat olmaqla ondan, 876 manat ödənilməmiş hissə, 262 manat dəbbə; 17.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1532 manat (18 ay x 85 manat + 2 manat ilkin ödəniş) LG Paltaryuyan üçün ümumilikdə, 1411 manat olmaqla ondan, 1105 manat ödənilməmiş hissə, 306 manat dəbbə; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1620 manat (12 ay x 135 manat + 0 manat ilkin ödəniş) LG Qabyuyan üçün ümumilikdə, 1744 manat olmaqla ondan, 1339 manat ödənilməmiş hissə 405 manat dəbbə; 09.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1400 manat 2 ay x 116 manat + 8 manat ilkin ödəniş) Hoffmann Kondisioner üçün ümumilikdə, 1637 manat olmaqla ondan, 1255 manat ödənilməmiş hissə, 382 manat dəbbə; 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1298.8 manat (12 ay x 89 manat 90 qəpik + 220 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1276 manat olmaqla ondan, 982.8 manat ödənilməmiş hissə, 293.2 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1607 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -AZE seriyalı ******** saylı 08.09.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və Maps arayışından görünür ki, Həsənov X5 rayonu Digah qəsəbəsi H.Rəhmanov küçəasi 19 saylı evdə qeydiyyatdadır. -ABC Telecom MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1314 manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1138 manat olmaqla ondan, 876 manat ödənilməmiş hissə, 262 manat dəbbə; 17.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1532 manat (18 ay x 85 manat + 2 manat ilkin ödəniş) LG Paltaryuyan üçün ümumilikdə, 1411 manat olmaqla ondan, 1105 manat ödənilməmiş hissə, 306 manat dəbbə; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1620 manat (12 ay x 135 manat + 0 manat ilkin ödəniş) LG Qabyuyan üçün ümumilikdə, 1744 manat olmaqla ondan, 1339 manat ödənilməmiş hissə 405 manat dəbbə; 09.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1400 manat 2 ay x 116 manat + 8 manat ilkin ödəniş) Hoffmann Kondisioner üçün ümumilikdə, 1637 manat olmaqla ondan, 1255 manat ödənilməmiş hissə, 382 manat dəbbə; 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1298.8 manat (12 ay x 89 manat 90 qəpik + 220 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1276 manat olmaqla ondan, 982.8 manat ödənilməmiş hissə, 293.2 manat dəbbə pulu hesablanmışdır. -Maliyyə arayışından daha sonra görünür ki, cavabdehin ödənişləri ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 262 manat, (0.73 manat x 360 gün), 2-ci müqavilə üzrə 306 manat, (0.85 manat x 360 gün), 3-cü müqavilə üzrə 405 manat, (1.35 manat x 300 gün), 4-cü müqavilə üzrə 382 manat, (1.16 manat x 330 gün), 5-ci müqavilə üzrə 293 manat (0.89 manat x 330 gün) 20 qəpik dəbbə hesablanmışdır. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 17.08.2019-cu il tarixli 00851928 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Samsung Led televizor almış, 15.09.2019-cu il tarixdən 15.02.2021-ci il tarixədək hər ay 73 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli 00919726 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən LG paltaryuyan almış, 15.10.2019-cu il tarixdən 15.03.2021-ci il tarixədək hər ay 85 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli 01094896 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən LG Qabyuyan almış, 15.01.2020-ci il tarixdən 15.12.2020-ci il tarixədək hər ay 135 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2020-ci il tarixli 20024836 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Hoffman Siac-24/HR almış, 12.02.2020-ci il tarixdən 12.01.2021-ci il tarixədək hər ay 116 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 26.01.2020-ci il tarixli 20062349 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Samsung LED televizor almış, 26.02.2020-ci il tarixdən 26.01.2021-ci il tarixədək hər ay 89.9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -28.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ABC Telecom MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. - Kommersiya qurumlarının Dövlət Reyestri haqqında Çıxarışın surətindən görünür ki, ABC Telecom MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qanuni təmsilçisi X2 olmaqla 11.10.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirmədiyindən 17.08.2019-cu il tarixli 00851928 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün 876 manat ödənilməmiş hissə, 262 manat dəbbə, 17.09.2019-cu il tarixli 00919726 saylı müqaviləyə əsasən, LG Paltaryuyan üçün 1105 manat ödənilməmiş hissə, 306 manat dəbbə, 02.12.2019-cu il tarixli 01094896 saylı müqaviləyə əsasən, LG Qabyuyan üçün 1339 manat ödənilməmiş hissə, 405 manat dəbbə, 09.01.2020-ci il tarixli 20024836 saylı müqaviləyə əsasən, Hoffmann Kondisioner 1255 manat ödənilməmiş hissə, 382 manat dəbbə, 26.01.2020-ci il tarixli 20062349 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün 982.8 manat ödənilməmiş hissə, 293.2 manat dəbbə pulu olmaqla cəmi 7206 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 17.08.2019-cu il tarixli 00851928 saylı müqaviləyə əsasən 876 manat ödənilməmiş hissə üzrə hesablanmış 262 manat dəbbə pulunun azaldılaraq 10 manat, 17.09.2019-cu il tarixli 00919726 saylı müqaviləyə əsasən 1105 manat ödənilməmiş hissə üzrə hesablanmış 306 manat dəbbə pulunun azaldılaraq 10 manat, 02.12.2019-cu il tarixli 01094896 saylı müqaviləyə əsasən, 1339 manat ödənilməmiş hissə üzrə hesablanmış 405 manat dəbbə pulunun azaldılaraq 10 manat, 09.01.2020-ci il tarixli 20024836 saylı müqaviləyə əsasən, 1255 manat ödənilməmiş hissə üzrə hesablanmış 382 manat dəbbə pulunun azaldılaraq 10 manat, 26.01.2020-ci il tarixli 20062349 saylı müqaviləyə əsasən, 982.8 manat ödənilməmiş hissə üzrə hesablanmış 293.2 manat dəbbə pulunun azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 18.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.08.2019-cu il tarixli 00851928 saylı müqaviləyə əsasən 876 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 17.09.2019-cu il tarixli 00919726 saylı müqaviləyə əsasən 1105 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 02.12.2019-cu il tarixli 01094896 saylı müqaviləyə əsasən, 1339 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 09.01.2020-ci il tarixli 20024836 saylı müqaviləyə əsasən, 1255 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 26.01.2020-ci il tarixli 20062349 saylı müqaviləyə əsasən, 982.8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5637,8 manat borc Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.08.2019-cu il tarixli 00851928 saylı müqaviləyə əsasən 876 (səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 17.09.2019-cu il tarixli 00919726 saylı müqaviləyə əsasən 1105 (min yüz beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 02.12.2019-cu il tarixli 01094896 saylı müqaviləyə əsasən, 1339 (min üç yüz otuz doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 09.01.2020-ci il tarixli 20024836 saylı müqaviləyə əsasən, 1255 (min iki yüz əlli beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 26.01.2020-ci il tarixli 20062349 saylı müqaviləyə əsasən, 982.8 (doqquz yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5637,8 (beş min altı yüz otuz yeddi manat səksən qəpik) manat borc Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2519/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2519/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver