Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-252/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 1720 (min yeddi yüz iyirmi) manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 08.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi üçün ona məxsus ** CE *** dövlət qeydiyyat nişanlı, “Nissan Sanny” markalı avtomobilə xeyli miqdarda ziyan dəymişdir. 2021-ci ilin 24 may tarixində ona məxsus olan “Nissan Sunny” (2019-cu il buraxılışlı) markalı avtomaşını yaşadığı evin qarşısında dayandırıb evə daxil olmuşdur. Bir neçə dəqiqə keçmişdir ki, məhəlləyə çıxmış və maşının arxasının əzik olduğunu görmüşdür. Qonşular və məhəllədə oynayan uşaqlar ona bildirmişlər ki, boz rəngli **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili qadın idarə edirdi. O, avtomobili düzgün idarə edə bilmədiyi üçün onun maşınına vurmuş və tez sürüb qaçmışdır. O da dərhal 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir neçə saat keçdikdən sonra Hundai markalı avtomobili idarə edən xanım və həmin maşının əsl sahibi Cavabdeh hadisə yerinə gəlmiş, ona nə lazımdır olunacağını bildirərək şikayət etməməyini bildirmişlər. Bir müddət keçsə də ona bir manatda olsa dəymiş ziyana görə pul ödənilməmişdir. Qəzanı Cavabdeh həyat yoldaşı törətdiyi halda Cavabdeh barəsində inzibati qərar qəbul edilmişdir. 08.06.2021-ci il tarixli qərar qəbul edildikdən bir neçə gün keçdikdən sonra avtomobilimə dəymiş ziyanı öyrənməkdən ötrü Nissan markalı avtomobillərin servisinə aparmışdır. Ustaların mənə dediyinə görə maşının arxa sağ tərəfinin balka deyilən hissəsində əyrilik yaranmış və müvəqqəti düzəldilmişdir. Belə ki, maşının balkası ən önəmli hissələrdən biridir, əgər o düzəlməsə maşın razval olan zaman təkərlərin düz qalması bir müddət olur, maşının hərəkətinə maneçilik törədir. Beləliklə ona məxsus ** CE *** dövlət qeydiyyat nişanlı, Nissan markalı avtomobilin arxa balkasına 1 450 manat, digər hissələrinə isə 270 manat, ümumilikdə 1 720 (min yeddi yüz iyirmi) manat miqdarında ziyan dəymişdir. Cavabdehdən ona vurduğu ziyanı ala bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə alınmış ekspert rəyinə etiraz etmədiyini, dəymiş ziyanın həmin məbləğdə müəyyən edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasınıda iddia tələbini qəbul etmədiyini, cavabdehin də maşınına ziyan dəydiyini, lakin ekspert rəy verərkən nəzərə almadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan “Nurgün Motors” tərəfindən 15.06.2021-ci il tarixdə verilmiş Defekt aktından və Təhvil-təslim aktından görünür ki, 2019-cu il buraxılışlı Nissan Sunny markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan cəmi 1720 manat təşkil edir. Mülki iş materiallarında olan Abşeron DYP-nın TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh 23.02.20121-ci il tarixdə saat 17:0-da Mehdiabad qəsəbəsində idarə etdiyi “Hyundai Santafe» markalı ** FK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/7911-8/2779 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “Nurgün Motors” servisin 15.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Nissan Sunny” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1520,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 08.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi üçün iddiaçı İddiaçı məxsus ** CE *** dövlət qeydiyyat nişanlı, “Nissan Sanny”markalı avtomobilə ziyan dəymişdir. Abşeron DYP-nın TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, “Nurgün Motors” servisin 15.06.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Nissan Sunny” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1520,0 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş 1520 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 70 manatı cavabdehə, 30 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus 2019-cu il buraxılışlı “Nissan Sunny” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1520 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 70 manat, İddiaçı isə 30 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-252/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-252/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver