Məhkəmə qərarları › İş №2(012)-2523/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2523/2022

07.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2523/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sayğacın adına keçməsi barədə tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sayğacın adına keçməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ə məxsus su sayğacının mərhum həyat yoldaşı X1 adından onun adına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153.2.1 maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbində cavabdeh "xxxx" ASC-yə məxsus su sayğacının mərhum həyat yoldaşı X1 adından onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, həmin müraciət ilə məhkəməyə deyil, müvafiq orqana ("xxxx" ASC-yə) müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sayğacın adına keçirilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Bu barədə "xxxx" ASC-yə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar