Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2530/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin onun adına sənədləşdirilməsi üçün vermiş olduğu 30000 manat puldan 1500 manatın qaytarmasını nəzərə alaraq 28500 manatın, mənəvi zərərin əvəzi olaraq 3000 manatın, qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödənilməyən müddət ərzində hesablanmaqla faizlərin ödənilməsi və ödədiyi 185 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin onun adına sənədləşdirilməsi üçün vermiş olduğu 30000 manat puldan 1500 manatın qaytarmasını nəzərə alaraq 28500 manatın və ödədiyi 185 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, uzun müddət ailəvi tanışları olan Cavabdeh özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evini satmaq istəməsi və onun tərəfindən alınması barədə razılığa gəlmişlər. Evin dəyərinin 28000 manat olmasını və əlavə olaraq 2000 manat məbləğində pulun onun adına sənədləşdirilməsi barədə razılaşmışlar. Belə ki, 04 fevral 2014-cü il tarixdə 28000 manat məbləğində pulu Cavabdeh vermiş, daha sonra isə razılaşdıqları kimi 2000 manat məbləğində pulu evin onun adına sənədləşdirməsi üçün vermişdir. Cavabdeh fərdi yaşayış evinə dair açarları ona təqdim etmişdir. Hazırki evin açarları ondadır. Lakin bir müddət sonra fərdi yaşayış evinin adına sənədləşdirilməsi barədə maraqlandıqda, tezliklə adına sənəd çıxarmasını bildirsə də, bugünə kimi evi onun adına sənədləşdirməmişdir. Bu səbəbdən ərazi üzrə hüquq mühafizə orqanlarına şikayət etmişdir. 05 yanvar 2021-ci il tarixdə Bainəqədi RPİnin istintaq şöbəsinin müstəntiqi, polis polis mayoru Məmmədov Ramil tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və məhkəməyə şikayət edilməsi izah edilmişdir. Onu da bildirir ki, cavabdeh Əsgərov X1 RPİ-sinə dəvət edilmiş və cavabdeh ərizə ilə göstərilən xüsusatları etiraf edərək 30000 manat məbləğinə evi ona satmasını və adına sənədləşdirilməsini öhdəsinə götürməsini təsdiq etmişdir. Lakin müəyyən səbəblərdən evi onun adına sənədləşdirə bilmədiyini etiraf edərək qısa müddət ərzində sənədləri hazırlayaraq onun adına sənədləşdirməsi sənədləşdirə bilmədiyi halda isə pulunu qaytarması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh fərdi yaşayış evini adına sənədləşdirə bilməməsi səbəbindən, pulunu geri tələb etdikdə müxtəlif bəhanələr gətirərək həmin torpaq sahəsinə və üzərində olan tikiliyə vermiş olduğu 30000 manat pulu yaxın zamanlarda qaytaracağını bildirsə də heç bir nəticə olmamışdır. Binəqədi RPİ-də araşdırma aparılan zaman 30000 manatdan hissə-hissə ödəməklə sonuncu tarix 05 yanvar 2021-ci il tarixdə 1850 manat qaytarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş 04 fevral 2014-cü il tarixli qəbzdən görünür ki, o, özünə məxsus olan evi İddiaçı 28000 manat pul qarşılığında satmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı 04 fevral 2014-cü il tarixdə 28000 manat məbləğində pulu Cavabdeh vermiş, əlavə olaraq 2000 manat məbləğində pulu isə evin İddiaçı adına sənədləşdirməsi üçün vermişdir. Lakin bugünə kimi sözgügedən ev İddiaçı adına sənədləşdirməmişdir. Cavabdeh 30000 manat borcdan hissə-hissə ödəməklə sonuncu tarix 05 yanvar 2021-ci il olmaqla 1850 manat pulu İddiaçı qaytarmış, digər məbləğləri qaytarmamaqla öhdəliyini pozmuş və heç bir hüquqi əsas olmadan varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 185 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 28500 manat pul və 185 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2530/2022
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2530/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver