Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2540/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3085/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxxxx 2010cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,o, Cavabdeh ilə 2009-cu il tarixdə toy edərək qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, birgə münasibətlərindən xx xxxxxx 2010-cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızı anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, 2014-cü il tarixdən ər-arvad münasibətləri pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5854/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi ilə, Cavabdeh xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Mikayıllı Mehriban Rövşən qızının 18 yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. 2017-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə (alimentin miqdarının artırılması tələbinə dair) iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3085/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə aliment miqdarının dəyişdirilərək, xx xxxxxx 2010-cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 136,60 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, hazırda heç bir yerdə işləmir və maddi gəliri yoxdur. Övladının maddi ehtiyacını 136,60 manat pul məbləği ilə ödəməkdə çətinlik çəkir. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq, o, övladı ilə maraqlanmır, onun sağlam və qayğısız böyüməsində iştirak etmir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3085/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxxxx 2010cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədənxahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat pul məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı alimentin artırılmasına dair iddia tələbi təmin edilmiş, xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136.60 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. O, həmin vaxt məhkəmədə iştirak etməyərək tələb olunan aliment məbləği ilə razılaşmışdır. İddiaçı hal-hazırda alimentin miqdarının dəyişdirilərək xx xxxxxx 2010-cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. O, İddiaçı ayrıldıqdan sonra X2 ilə ailə qurmuş, sonuncu ilə birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə Aytən və xx xxx 2017-ci il tarixdə Gülay adlı 2 qızları anadan olmuşdur. O, “xxxxxxxxxxxxxxxx” MMC-də baş aşbaz işləyir və aylıq əmək haqqı 265 manat təşkil edir. Bundan əlavə, o, mədə-bağırsaq xəstəliyindən, qızı Aytən isə nevroloji-serebral iflic xəstəliyindən mütəmadi olaraq müalicə olunur. Bu müalicələrə isə qohumları yardım edir. O, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti vaxtlıvaxtında valideynlərinin köməkliyi ilə ödəyir, aylıq qazancı ilə öz ailəsini çətinliklə dolandırır. Belə olan halda, alimentin miqdarının artırılması gələcəkdə onun digər uşaqlarının təminatını aşağı sala bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin rədd edilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədənxahiş etmişdir. İşdə olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mikayıllı Mehriban Rövşən qızı xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3085/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5854/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı artırılmış və xx xxxxxx 2010-cu il təvəllüdlü Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatanədək hər ay 136,60 manat məbləğində alimentin Cavabdehdan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mikayıllı Atən Rövşən qızı xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X1r. İşdə olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mikayıllı Gülay Rövşən qızı xx xxx 2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X1r. İşdə olan AZ/O&A-007 saylı, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-də baş aşbaz işləyir və aylıq əmək haqqı 265 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Uşaq Bərpa Mərkəzi tərəfindən verilmiş 199 №-li fərdi reablitasiya kartasından çıxarışdan görünür ki, Mikayıllı Atən Rövşən qızı nevroloji-serebral iflic və qıcolma sindromu xəstəliyindən əziyyət çəkir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3085/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2010-cu il tarixdə anadan olmuş Mikayıllı Mehriban Rövşən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay 136,60 manat alimentin Cavabdehdan tutularaq İddiaçı ödənilməsi qət edilmiş və cavabdeh həmin məbləği vaxtlı-vaxtında ödəmişdir. İddia tələbinə münasibətdə cavabdeh özünün ikinci dəfə ailə həyatı qurmasını, həmin evlilikdən iki uşağının olmasını, onlaran bir uşağın xəstəliyi ilə əlaqədar və rəsmi iş yeri üzrə aylıq əmək haqqı 265 manat olmasına dair sübutlarını təqdim etməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş sübutlar təqdim olunmadığı təqdirdə iddia təmin edilərsə, təyin olunacaq alimentin miqdarı cavabdehin digər uşaqlarının təminatını əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində AbşeronRayon Məhkəməsi vasitəsi iləSumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2540/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2540/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver