Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2546/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsi ilə hər ay uşaq üçün tutulan alimentin məbləği 170 manatdan artırılaraq 250 (iki yüz əlli) manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahları Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin qərarı ilə birgə nikahlarından anadan olmuş 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsinin qərarı ilə alimentin miqdarı artırılaraq 80 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(012)-5208/2016 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 117 manat məbləğində aliment müəyyən edilmişdir. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(012)-1828/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 5208/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 117 manat alimentin miqdarı dəyişdirilmiş, hər ay 130 məbləğində aliment cavabdehdən onun xeyrinə tutulması müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1838/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Həmin aliment məbləği 4 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Hal-hazırda 5-ci sinifdə oxuyur, ingilis dili, azərbaycan dili və riyaziyyat fənlərindən hazırlıqlara gedir. Maddi vəziyyəti ağırdır. Cavabdeh heç vaxt uşağı ilə maraqlanmır, ünsiyyətdə olmur, hətta aliment ödəməmək üçün öz uşağına qarşı nalayiq ifadələr işlədir. Hətta məhkəmənin müəyyən etdiyi alimenti belə vaxtı-vaxtında ödəmir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir. Uşağın saxlanılması üçün aliment ödəməkdən yayınmır, lakin maddi durumu aşağıdır, 190 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada rəsdiq olunmuş surətindən görünür ki, birgə nikahdan olan xx.xx.2012-ci ildə X2 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 fevral 2014-cü ildə 23 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4220/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1838/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 25 oktyabr 2012-ci il təvəllüdlü X1 xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ilə yaxın müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4220/2020 saylı qətnaməsi ilə Cavabdeh 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Eyni zamanda iddiaçı mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4220/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 25 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2546/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2546/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver