Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2547/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə düzəliş barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhv nəticəsində cavabdehin adı “X13” əvəzinə “Cavabdeh” kimi göstərilmişdir. Odur ki, o, qeyd edilən düzəlişin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, cavabdeh X6 20 iyun 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, cavabdeh X6 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, son zamanlar ölkədə qiymətlərin artırılması iddiaçının maddi durumuna çox mənfi təsir göstərmişdir. İddiaçının aldığı aliment uşaqların ehtiyaclarını ödəmir. Bundan əlavə cavabdeh X13 hazırda Masallı rayonu, Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir və orta aylıq əmək haqqı 1000 manat təşkil edir. Buna baxmayaraq cavabdeh uşaqların maddi ehtiyaclarını ödəməkdə heç bir köməklik göstərmir. İddiaçı bir tənha ana kimi uşaqların maddi ehtiyacların ödəməkdə çətinlik çəkir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimum uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir, iddia əsassızdır, heç bir hüquqi əsası və sübutu yoxdur. Belə ki, iddiaçı ilə 2010-cu ildə rəsmi ailə qurmuşlar və birgə nikahlarından iki uşaqları 20 iyun 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Uzun müddət birgə yaşamışlar, sonradan ayrılmalı olmuşlar və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 2 uşağa görə 1/3 hissədə aliment tutulmuşdur. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi həmin aliment məbləğini sabit olaraq hər uşaq üçün 170 manat, cəmi 340 manat müəyyən etmişdir. Hazırda isə əsassız olaraq alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Halbuki, onun maddi vəziyyəti həmin dövrə nisbətən yaxşılaşmamışdır. O hazırda atasına məxsus evdə yaşayır, özünə məxsus ayrıca təsərrüfatı belə yoxdur, atası vəfat etmiş, anası onun himayəsində yaşayır, ailənin yeganə qazanc gətirən şəxsidir. Cavabdeh isə hazırda "xxxx" MMCdə pərakəndə ticarət üzrə menecer işləyir və aylıq 420 manat rəsmi əmək haqqı, əlavə olaraq bonuslar alır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Belə olan halda 220 manatın yarısını o, yarısını isə cavabdeh qarşılamalıdır. Yəni hər ikisi işləyir və hər ikisinin qazancı varsa, bu zaman uşaqların yaşayış minimumunu da ikisi birgə təmin etməlidir, yəni 220 manat o, digər 220 manatı iddiaçı özü barəsində icra məmuru tərəfindən protokol da tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan AZE Seriyalı, 11985287 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X12 20 iyul 2011-ci ildə Masallı şəhərində anadan olmuşdur. X19, anası isə İddiaçıdir. İş materiallarında olan Masallı Rayon Ərkivan Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 138289 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 10 avqust 2014-cü ildə Masallı rayonunda anadan olmuşdur. X2, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X13 arasında 24 dekabr 2010-cu ildə Masallı rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 584 № ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, cavabdeh X6 xx.xx.2020-ci il tarixdən başlayaraq 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, cavabdeh X6 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh X6 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment X6 tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20 iyul 2011-ci il təvəllüdlü X12 və 10 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh X6 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2547/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2547/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver