Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2549/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pul və ödədiyi 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə sosial şəbəkədə tanış olmuş, Cavabdeh özünü ona usta kimi təqdim etmişdir. O, mənzilin təmiri ilə bağlı cavabdehə görəcəyi işin müqabilində 3600 manat pul ödəyəcəyi barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi hissə-hissə olmaqla Cavabdeh 2000 manat məbləğində pul ödəmişdir. Lakin aralarındakı razılaşma üzrə cavabdeh onun verdiyi 2000 manat müqabilində heç bir iş görməmişdir. Onun cavabdehə 2000 manat pul verməsini whatsapp yazışmaları təsdiq edir. Dəfələrlə cavabdehdən həmin pulu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə həmin pulu geri qaytarmaqdan yayınmışdır. Ona görədə həmin pulun cavabdehdən geri alınması məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus mənzili 2 ay müddətində təmir edərək ona təhvil verməli olsa da, bu müddət 4 ay çəkdiyindən cavabdehdən təmiri dayandarmasını tələb etmişdir. Cavabdehdən pulunu ala bilmədiyindən bu barədə polis şöbəsinə şikayət ərizəsi vermiş və cavabdeh polis şöbəsində verdiyi izahatında ona olan borcu 3 ay müddətində qaytaracağına söz vermişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salnımasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında olan WhatsApp yazışmalarına dair çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı olan 1500 manat borcunu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Məhkəmə tərəflər arasında podrat müqaviləsi ilə əlaqədar olaraq yaranmış mübahisəyə münasibətdə aşağıdakıları bildirir: Belə ki, Mülki Məcəllənin: - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Qeyd edilən normaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin göründüyü kimi razılaşdırılmış şərtlər cavabdeh tərəfindən pozulmuşdur,odur ki, iddiaçı tərəfindən ödənilmiş olan 1500 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, iddia qismən təmin edilməliduir.İddiaçı iddianı tam əsaslandıran sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 40 manat dövlət rüsumunun 30 manat hissəsi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1530 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2549/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2549/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver