Məhkəmə qərarları › İş №2(012)-255/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-255/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-255/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh MTK-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 fevral 2022ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4 kv.metrin pulunun, yəni 2.000 (iki min) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 19 aprel 2017-ci il tarixdə AB05M53 nömrəli yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 45,85 kv.m ümumi sahəsi olan 53 saylı mənzili kredit yolu ilə əldə etmişdir. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edildiyi kimi tərəflərin razılığı ilə 22.880 manat ümumi dəyəri, 2.2-ci bəndində göstərildiyi kimi isə göstərilən məbləğin 9.687 məbləğdə olan hissəsini nəğd şəkildə əvvəlcədən, qalan 13.193 manat məbləği isə hissəhissə 60 ay müddətinə hər ay ayın 19-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya 4 kv.metr az sahə verildiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqlarının məhkəmə qaydasında təmin edilməsini istəyir. Belə ki, Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilmiş alqı-satqı müqaviləsində mənzilin ümumi sahəsi 45,85 kv.metr göstərilsə də, həqiqət də mənzilin kvadratı o qədər deyil. İddiaçı bunu sonradan bilmişdir. Əvvəlcədən bilsəydi, qəti şəkildə etiraz edərdi. İddiaçı bu barədə ilk öncə "xxxx" Mənzil Tikinti Kooperativinə öz etirazını dəfələrlə bildirmiş və müsbət nəticə əldə edə bilməmişdir. İddiaçıya şifahi olaraq oxlarla 45.85 kv.metr göstərilməsi izah olunmuşdur. Əgər oxlarla göstərilsəydi, bu aralarında bağlanmış alqısatqı müqaviləsində göstərilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında 19 aprel 2017-ci il tarixdə yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlanılmışdır. İddiaçı mənzilə görə cavabdeh təşkilata olan borcunu bu günə kimi ödəməkdə davam edir. Müqavilədə mənzilin ümumi sahəsi göstərilmişdir. Mənzilin sahəsinə bütün iç və çöl divarlar daxildir. Müqavilədə qeyd olunan ölçülər müqavilədə də qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 aprel 2017cı il tarixli AB05M53 nömrəli yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, satıcı Cavabdeh MTK-nın Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 45,85 kv.m ümumi sahəsi olan 53 saylı mənzili payçıya satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 22880,00 manat məbləğində pul vəsaitinin 9687,00 manat məbləğində hissəsini nağd şəkildə əvvəlcədən, qalan 13193,00 manat məbləği isə hissə-hissə olmaqla 60 (altmış) ay müddətində hər ay ayın 19-na kimi Cavabdehnə ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi Cənnət Park yaşayış kompleksinin mənzil haqqında Çıxarışdan müəyyən edilir ki, Bakı- Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, mənzil 53 saylı ünvanında yerləşən ümumi sahəsi 45,85 kv.m olan mənzil İddiaçı adına AB05M53 qeydiyyat nömrəsi ilə 19.04.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2021-ci il tarixli 10/5248 №-li ekspert rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanan 19 aprel 2016-cı il tarixli, yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 53 saylı mənzilin sahəsinin mənzilin plan-sxeminə uyğun olaraq 45,85 m2 təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 53 saylı mənzilin ümumi sahəsi 37,09 m2 təşkil etdiyi müəyyən olunur. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 53 saylı mənzilin ümumi qiymətinin 22880 manat olması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, tərəflər arasında bağlanan 19 aprel 2017-ci il tarixli, yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK-nın Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 53 saylı mənzilin sahəsinin mənzilin plan-sxeminə uyğun olaraq 45,85 m2 təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində bina 5, blok 1, 8-ci mərtəbə, 53 saylı mənzilin ümumi sahəsi 37,09 m2 təşkil etdiyi müəyyən olunur. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından ekspert rəyi əsas götürülməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqaviləyə podrat müqaviləsi kimi yanaşılmalıdır və hazırkı müqavilə tərəflərin sərbəst iradə ifadlərinə əsasən bağlanmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri 30 manat dövlət rüsumundan və 100 manat məhkəmə ekspertizası xərcindən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməli və məhkəmə ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən 100 manat məhkəmə ekspertizası xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə ekspertizası üçün 100 manat xərcin 50 manatı İddiaçı, 50 manatı Cavabdehndən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar