Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2556/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdehh oğlundan 3000 (üç min) manat əsas borc, 300 (üç yüz) manat lombarda ödənilmiş faiz olmaqla ümumilikdə 3300 (üç min üç yüz) manat pulun alınaraq mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Cavabdehh oğlu yen il qabağı yolka alıb satması üçün ondan 10000 (on min) manat pul istədi. O, Azərə, o qədər pulu tapa bilməyəcəyini bildirmişdir. Amma qayınanasının qızıllarını lombarda girov qoyub 3000 (üç min) manat götürə biləcəyini demişdir. Azər onunla razılaşdıqdan sonra qaynanasının qızıllarını girov qoyub 3000 (üç min) manat pul götürmüş və xx.xx.2021-ci il tarixdə 3000 (üç min) manat pulu qaynanasının yaşadığı binanın birinci mərtəbəsində Azər Əsgərova vermişdir. Azər Əsgərov pulu aldıqdan sonra bildirdi ki, ona bir ay ərzində lombarddan götürülən pulun faizi ilə birlikdə geri ödəyəcək. O, da Cavabdeh inanıb onunla razılaşmışdır. Lakin bir ay vaxt tamam olduqdan sonra Cavabdehh oğlundan pulu tələb etdikdə o ondan yenidən vaxt istədi. Lakin bir neçə aydan sonra ona məlum oldu ki Cavabdeh onu aldadaraq onun 3000 (üç min) manat pulunu ələ keçirmişdir. Uzun müddət keçsədə pulu qaytarmaqdan imtina edir. Bu günə qədər Cavabdeh verdiyi pulu istəsədə o müxtəlif bəhanələrlə pul verməkdən yaymır. Göstərilən səbəbə görə ağır vəziyyətə düşmüşdür. O, 3000 (üç min) manat pulu qaynanamın qızıllarını girov qoyub lombarddan götürmüşdür və bir il ərzində hər ay 275 manat olmaqla lombarda 3300 (üç min üç yüz) manat pul ödəmişdir. Bütün bu yazdıqlarını Yasamal Rayon polis İdarəsin qərarında göstərilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Kamran Əliyev HK-1/1257 saylı qeydiyyata alınmış ilkin yoxlama materiallarını nəzərdən keçirdərək “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda cavabdehin izahatında göstərmişdir ki, Cavabdehh oğlu məndən 3000 (üç min) manat pul aldığını özü təsdiq etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin hərəkəti nəticəsində o lombarda xeyli pul ödəyib. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. - Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məkhəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı həmyerlisi kimi tanıyır və onunla yaxın münasibətləri vardır. 2021-ci ilin noyabr ayında o. Vüsaldan yeni il qabağı malları gətirib birgə gəlir əldə etmək üçün ondan 3000 manat pul istəmişdir. Həmin pulu qaynanasının qızıllarını lombarda qoyub gətirəcəyini demişdir. O, Vüsala lombardın faizlərini və həm də əsas borcu özü ödəyəcəyini və ona qazanc verəcəyini vəd vermişdir. xx.xx.2021-ci il tarixdə Vüsal ona zəng vuraraq pul hazır olduğunu deyib o, Vüsalın qaynanasının yaşadığı binanın qarşısında gələrək Vüsalın maşınında oturmuşdur. Vüsal maşından düşüb qaynanasından 3000 manat pul alıb götürmüşdür. Bundan sonra bayramqabağı mallar almış, həmin maldan 800 manat alver edib, yerdə qalan malları satmadığı üçün hissə- hissə müxtəlif şəxslərə vermişdir ki, satsınlar. Hal-hazırda həmin mallar satılmayıb və buna görə də Vüsalın pulu qaytara bilməmiş və bu günə kim, lombardın faizlərini ödəyəcəyini vəd etsə də, lakin ödəməmişdir. Satılmış malların 800 manat pulunu isə öz şəxsi ehtiyaclarını xərcləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh 3000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini üzərindən uzun müddət keçməsinə baxmayaraq qaytara bilməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan 3000 manat borc aldığını istintaq şöbəsində etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) Beləliklə, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında yaranan münasibtlər borc verilməsi ilə bağlıdır, ona görə də, 3000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Borcun bu məbləğdə olması cavabdehin polis orqanlarında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 300 manat lombarda ödənilmiş faiz məbləğini tələb etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul məbləği alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat miqdarında pul məbləği alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2556/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2556/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver