Məhkəmə qərarları › İş №2(012)-257/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-257/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-257/2023 24.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı avtomobilimə dəymiş 21481 manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi 5100 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc 100 manatın, ödədiyi dövlət rüsumu 168 manatın, ümumilikdə 26849 manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyi vəkil sorğusuna cavab olaraq gələn xx.xx.2022-ci il tarixli məktubdan (arayış) məlum olmuşdur ki, işdə olan **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobusu) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi kimi Cavabdeh2 da hazırki iş üzrə cavabdeh qismində cəlb olunmalıdır. Qeyd olunanlara əsasən, Cavabdeh2 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə təqim edərək, hazırki mülki işlə bağlı dəymiş zərərin 5000 manatının sığorta şirkəti tərəfindən qarşılandığını bildirmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının atası X3 idarə etdiyi “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi qəsəbəsində Novxanı kəndinə gedən yolda 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən arxaca 2-ci hərəkət zolağı ilə yüksək sürətlə yaxınlaşan Cavabdeh1 idarə etdiyi «X8» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobus vurmuş, iddiaçının avtomobilinin arxa sol hissəsinə çırpılaraq zərbənin və arxadan avtomobili vuran avtobusun yüksək sürəti nəticəsində iddiaçının atasının idarə etdiyi nəqliyyat vasitəsi bir xeyli sürüşərək öndə dayanmışdır. Toqquşma nəticəsində iddiaçının avtomobilinin arxa hissəsi tam deformasiyaya məruz qalaraq əzilib tam yararsız hala düşmüşdür. Qeyd olunan avtobusun sürücüsü özünü təqsirkar bilmişdir. Beləliklə, Cavabdeh1 ara məsafəsi qaydalarının pozulması sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qəza nəticəsində iddiaçının avtomobilinə vurulmuş ziyan 21481 manat məbləğindədir. Cavabdehin avtobilinin icbari siğortalandığı “Bakı Sığorta” tərəfindən lazımi tədbirlər görülmüş və dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Bundan başqa qeyd etməlidir ki, məlum qəza nəticəsində avtomobilin əmtəə dəyəri əhəmiyyətli dərəcədə itkiyə məruz qalmışdır. Nəqliyyat vasitəsinin əmtəə dəyəri üçün ən əhəmiyyətli nüans olan ümumi rama qəza nəticəsində əyilmişdir. Göründüyü kimi məlum qəza nəticəsində avtomobilin əmtəə dəyəri 3000 ABŞ dolları (5100 manat) aşağı düşmüşdür (“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları ”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarı). Həmçinin AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyi vəkil sorğusuna cavab olaraq gələn xx.xx.2022-ci il tarixli məktubdan (arayış) məlum olmuşdur ki, işdə olan **-ZD- *** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobusu) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, hazırki yol-nəqliyyat hadisəsində təqsir “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən iddiaçının atası X2r. Sağ yol boş olarkən iddiaçının atası istiqamətini sağa dəyişmiş, sonra o da sağ istiqamətə keçmişdir. Lakin həmin vaxt iddiaçının atası istiqamətini qəfil dəyişdiyindən, o, idarəetməni itirmiş və “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmçinin iddiaçı tərəf 5000 manat sığorta ödənişini almışdır. Daha sonra o, icarəyə götürdüyü avtobusu düzətdirmiş, ustanın pulunu isə hissə-hissə vermişdir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 «X8» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 18:43 radələrində Binəqədi-Novxanı yolunda araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/8950 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «RR Servis»in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Mazda CX-5” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 15605 manat müəyyən edilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobus) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 avtobusu idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 18:43 radələrində Binəqədi-Novxanı yolunda araməsafəsi qaydalarını pozmuş və Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində “Mazda CX-5” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobiliə zərər dəymişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «RR Servis»in xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Mazda CX-5” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təxminən 15605 manat müəyyən edilmişdir. İddiaçı vəkilinümayəndəsi Vəkil tərəfindən məhkəmə təqdim edilən ərizədən görünür ki, dəymiş zərərin 5000 manatının sığorta şirkəti tərəfindən qarşılanmış və bu halı nümayəndə məhkəmədə izahatında bir daha təstiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 15605 manat məbləğində puldan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat məbləği çıxılmaqla, qalan 10605 manat pul İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Abşeron DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ilə təstiqini tapır. Bundan əlavə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi **-ZD-*** dövlət qeydiyyat nişanlı “Steyer Daimler PUCH” markalı nəqliyyat vasitəsi (mikroavtobus) xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına istinad edərək, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 10605 manat məbləğində zərər Cavabdeh1 ilə yanaşı, Cavabdeh1 idarə etdiyi «X8» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisi Cavabdeh2 da tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə iddia tələbinin avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi olan 5100 manat pulun cavabdehlərdən tutulmasını hissəsi iıə bağlı qeyd edir ki, bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçının hüquqi yardımla əlaqədar ödədiyi 100 manat məbləğində xidmət haqqı da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 168 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 121,50 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 13,80 manat məbləği iddiaçıdan, qalan 36,20 manat isə cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10605 manat pul, hüquqi yardım üçün vəkilə ödənilən 50 manat pul və 121,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 fevral 2023-cü il tarixli, 9/8950 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin mütənasib olaraq 13,80 manat məbləği iddiaçıdan, 36,20 manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar