Məhkəmə qərarları › İş №2(012)-2570/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2570/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2570/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 mart 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən verilmiş 70.000 (yetmiş min) manat məbləğində pulun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borc məbləğinin qətnamə çıxan günədək 5% faiz hesablanmaqla ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh tanışı Ədalət adlı şəxsin vasitəsi ilə tanımışdır. 2018-ci ilin mart ayının əvvəlində tanışı Ədalət iddiaçını cavabdeh ilə görüşdürərək tanış etmişdir. Cavabdeh müəyyən işə düzəltmək məqsədi ilə ondan 70.000 (yetmiş min) manat məbləğində pul istəmişdir. İddiaçı isə cavabdehə onu tanımadığını və tanımadığı adama külli miqdarda pulu verə bilməyəcəyini bildirmiş, ancaq notarial qaydada borc müqaviləsi, ya da kredit müqaviləsinin bağlanmasını təklif etmişdir. Cavabdeh iddiaçının təklifi ilə razılaşmışdır. İddiaçı 28.03.2018-ci il tarixdə cavabdehlə birlikdə Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna gedərək aralarında kredit müqaviləsi bağlamış, cavabdeh pulu almış və 01.07.2018-ci il tarixə qədər pulu geri qaytaracağını öz öhdəsinə götürmüşdür. Müqavilənin müddəti bitdikdən sonra iddiaçı cavabdehdən pulu geri tələb etmiş, o isə müxtəlif bəhanələr gətirmişdir. Sonradan iddiaçıya cavabdehin belə işlərlə məşğul olduğu, yəni müxtəlif insanlara da söz verərək hansısa işlərini görəcəyini vəd etdiyini, lakin həmin işi düzəltməyərək yayındığı məlum olmuşdur. Həmçinin, iddiaçıya cavabdehin həbs olunduğu və dələduzluq etdiyinə görə cəza aldığı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etmək istəmədiyini, iddia tələbini qəbul etmədiyini, tərəflər arasında bağlanan borc müqaviləsinin formal xarakter daşıdığını və buna qüvvədə olan kökmlə cinayətin predmeti kimi hüquqi qiymət verildiyini bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış və Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M-177) 28 mart 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən İddiaçı 70.000 manat məbləğində pulu borc alan Cavabdeh borc vermiş, Cavabdeh borcu 01.07.2018-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 1- 1(093)-170/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 32.4, 312.2, 312-1.1 və 32.4, 312-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312-1.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.2-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən M.H.Rəsulovun 14 may 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək həbsdə saxlama müddətinin nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və qəti olaraq X9 1.000 (bir min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312-1.2-ci maddəsi İlə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312-1.2-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən İddiaçı 14 may 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək həbsdə saxlama müddətinin nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və qəti olaraq İddiaçı 1.000 (bir min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 312-1.2-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən Ə.İ.Əsgərovun 14 may 2019-cu il tarixdən 15 iyul 2019-cu il tarixədək həbsdə saxlama müddətinin nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və qəti olaraq X2 1.000 (bir min) manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Həmin hökmdə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləyərkən, təkrarən, qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində baş hüquqşünas vəzifəsində işləyən X8 həmin idarənin rəisi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsinə dair 2018-ci ilin mart ayında tanışları İddiaçı və X4 vasitəsilə özünə müraciəti ilə əlaqədar, işlədiyi həmin Xidmətin rəhbər vəzifəli şəxslərinin kurasiya üzrə qeyd olunan Nazirliyə nəzarət etdiklərini və bununla bağlı olaraq Nazirliyin səlahiyyətli şəxslərinin qarşısında yüksək nüfuza malik olmalarını, həmin nüfuzu ilə əlaqədar həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin Musa Rəsulovun həmin Nazirliyin Dövlət Radiotezliklər idarəsinə rəis təyin edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olduqlarını yalandan bildirib, həmin məqsəd üçün qeyd edilən Xidmətin rəhbər vəzifəli şəxsi üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini İddiaçı və Ədaİət Əsgərov vasitəsilə Musa Rəsulova bildirib, həmin adla 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı Notariat Kontorunda İddiaçı və Ədalət Əsgərov vasitəsilə Musa Rəsulovdan cəmi 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini alıb, inandırmaq üçün guya həmin vəsaiti İddiaçı borc almasına dair həmin Notariat Kontorunda eyni tarixli borc müqaviləsi bağlayıb, həmçinin, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində işlədiyi həmin xidmət tərəfindən öz adına verilmiş ZH № 2233 nömrəli xidməti vəsiqəsinin surəti üzərinə diyircəkli qələmlə “Mən Cavabdeh İddiaçı (Ş/V AZE N 0*******) X1 şahidliyi ilə X8 Rabitə Nazirliyinin Radiotezliklər İdarəsinə rəis vəzifəsinə təyin edilməsi üçün 70.000 (yetmiş min) AZN pulu götürdüm. Bu məsələ ilə əlaqədar biz notariusda işədüzəltmə kimi yox borc müqaviləs ilə həmin məbləğdə pulu qəbul etdim. Qeyd olunanları özüm yazdım imzamla təsdiq edirəm. İmza: təhvil alan Cavabdeh Təhvil verən: İddiaçı Şahid: Əsgərov Ə.İ. 28 mart 2018 19:45” yazıb, “təhvil alan Cavabdeh” ifadələrinin qarşısında şəxsən imzalayıb, “Təhvil verən: İddiaçı” ifadələrinin qarşısında İddiaçı, “Şahid: Əsgərov Ə.İ.” ifadələrinin qarşısında isə Ədalət Əsgərova imzaladıb həmin kağızı İddiaçı verməklə, aldığı cəmi 70.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, Musa Rəsulova məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə əfə keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, yaxın münasibətdə olduğu səlahiyyətli şəxsin həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə məqsədilə həmin səlahiyyətli şəxs üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pu, vəsaitini verməyə, yəni vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə İddiaçı və Ədalət Əsgərov vasitəsilə Musa Rəsulovu təhrik etmiş, sonuncu aldadıldığını başa düşərək qalan 50.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyib Musa Rəsulova məxsus cəmi 120.000 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə edərək təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hökmdə müəyyən edilmişdir ki, X12 02 yanvar 2002-ci il tarixdən baş hüquqşünas vəzifəsində işlədiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (13 fevral 2017-ci il tarixədək Azərbaycan Respublikasİnın Rabitə və Yüksək (İnformasiya) Texnologiyalar Nazirliyinin) Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinin vakant olması ilə əlaqədar həmin vəzifəyə özünün təyin olunmasına dair həmin Nazirliyin rəhbərliyi tərəfindən qərarın qəbul olunmasına nail olmaq məqsədilə 2018-ci ilin mart ayında tanışları İddiaçı və X2 bu məsələdə ona köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar, sonuncuların həmin xahişin müsbət həll olunmasında yardım edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləyən Cavabdeh müraciət etdikləri zaman Cavabdeh işlədiyi həmin Xidmətin rəhbər vəzifəli şəxslərinin kurasiya üzrə qeyd olunan Nazirliyə nəzarət etdiklərini və bununla bağlı olaraq Nazirliyin səlahiyyətli şəxslərinin qarşısında yüksək nüfuza malik olmalarını, həmin nüfuzu ilə əlaqədar həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin Dövlət Radiotezliklər İdarəsinə rəis təyin edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olduqlarını və bunun üçün qeyd edilən Xidmətin rəhbər vəzifəli şəxsi üçün birbaşa yolla Cavabdeh, vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini İddiaçı və Ədalət Əsgərov vasitəsilə özünə bildirməsi ilə əlaqədar, sonuncuların vasitəçiliyi, yəni məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdikləri yardımla 17 mart 2018-ci il tarixdə İddiaçıla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhəri, Parlament prospektində yerləşən inzibati binasının yaxınlığına gedib Cavabdehla görüşərək sonuncunun müşayiəti ilə Xidmətin vətəndaşların qəbulu üçün nəzərdə tutulan otaqların yerləşdiyi inzibati binasına daxil olub qeyd edilən məsələnin müsbət həlli ilə əlaqədar sonuncu ilə müzakirə aparıb sövdələşməklə Cavabdeh təhriki əsasında İddiaçı və Ədalət Əsgərovun işin müsbət həlli, pulun təqdim edilməsi, təminat məqsədilə borc müqaviləsinin bağlanması, imzalı qəbz alınmasında ifadə olunan məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmağa dair real hərəkətlərdə ifadə olunan köməkçilikləri ilə sonuncuların vasitəsilə 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı Notariat Kontorunda Cavabdeh yaxın münasibətdə olduğu Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli şəxsinin həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin həmin Nazirliyin Dövlət Radiotezliklər İdarəsinə özünün rəis təyin edilməsinə dair qərarına qanunsuz təsir etməsi məqsədilə həmin Xidmətin səlahiyyətli şəxsi üçün birbaşa yolla Cavabdeh vasitəsilə maddi nemət olan 70.000 manat məbləğində pul vəsaitini sonuncuya İddiaçı və Ədalət Əsgərov vasitəsilə verib, həmin məsələnin müsbət həllinə dair təminat məqsədilə İddiaçıla Cavabdeh arasında özünün verdiyi həmin məbləği sonuncunun guya borc almasına dair qeyd edilən Notariat Kontorunda eyni tarixli borc müqaviləsinin bağlanmasına, həmçinin, verdiyi pulun zəmanəti olaraq 28 mart 2018-ci il tarixdə Bakı şəhəri, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində İddiaçı qızı X10 ilə öz bacısı X11 arasında guya sonuncunun Gülnar Nəcəfliyə 70.000 manat məbləğində pulu borc verməsinə dair reyestrdə 3M-119 nömrəsi ilə qeydiyyata alınan kredit müqaviləsinin, habelə, həmin müqavilənin təminatı kimi tərəflər arasında eyni tarixdə qeyd edilən “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08 yanvar 2018-ci il tarixdə verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Gülnar Nəcəfliyə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,075 hektar sahəsi olan 3/487 saylı torpaq sahəsinin ipoteka saxlayan Nailə Rəsulovanın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair reyestrdə 3M-120 nömrəsi ilə qeydiyyata alınan ipoteka müqaviləsinin bağlanmasına, habelə, Cavabdeh adına həmin Xidmət tərəfindən verilmiş ZH № 2233 nömrəli xidməti vəsiqəsinin surəti üzərinə sonuncunun diyircəkli qələmlə “Mən Məmmədov X7 Çingiz Firsəna oğlundan (Ş/V AZE N 0*******) X1 şahidliyi ilə X8 Rabitə Nazirliyinin Radiotezliklər İdarəsinə rəis vəzifəsinə təyin edilməsi üçün 70.000 (yetmiş min) AZN pulu götürdüm. Bu məsələ ilə əlaqədar biz notariusda işədüzəltmə kimi yox borc müqaviləsi ilə həmin məbləğdə pulu qəbul etdim. Qeyd olunanları özüm yazdım imzamla təsdiq edirəm, imza: təhvil alan Cavabdeh Təhvil verən: İddiaçı Şahid: Əsgərov Ə.İ. 28 mart 2018 19:45” yazıb, “təhvil alan Cavabdeh” ifadələrinin qarşısında Cavabdeh imzalayıb, “Təhvil verən: İddiaçı” ifadələrinin qarşısında İddiaçı, “Şahid: Əsgərov Ə.İ.” ifadələrinin qarşısında isə Ədalət Əsgərova imzalatdıqdan sonra həmin kağızı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Çingiz, Hünbətov və Ədalət Əsgərova təqdim etməsinə nail olmaqla, Cavabdeh təhriki, İddiaçı və Ədalət Əsgərovun köməkçiliyi ilə səlahiyyətli vəzifəli şəxsə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin özünün barəsində olan qərarına qanunsuz təsir etmək məqsədilə həmin səlahiyyətli vəzifəli şəxs üçün birbaşa yolla Cavabdeh vasitəsilə maddi neməti vermişdir. Həmin hökmdə müəyyən edilmişdir ki, İddiaçı tanışı olmaqla 02 yanvar 2002-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (13 fevral 2017-ci il tarixədək Azərbaycan Respublikasının Rabitə və Yüksək (İnformasiya) Texnologiyalar Nazirliyinin) Dövlət Radiotezliklər İdarəsində baş hüquqşünas vəzifəsində işləyən X8 işlədiyi həmin İdarənin rəisi vəzifəsinin vakant olması ilə əlaqədar həmin vəzifəyə təyin olunmasına dair qeyd edilən Nazirliyin rəhbərliyi tərəfindən qərarın qəbul olunmasına nail olmaq məqsədilə 2018-ci ilin mart ayında özünə və tanışı X2 bu məsələdə köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar, həmin xahişin müsbət həll olunmasında yardım edilməsi barədə sonuncu ilə birlikdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləyən Cavabdeh müraciət etdikləri zaman Cavabdeh işlədiyi həmin Xidmətin rəhbər vəzifəli şəxslərinin kurasiya üzrə qeyd olunan Nazirliyə nəzarət etdiklərini və bununla bağlı olaraq Nazirliyin səlahiyyətli şəxslərinin qarşısında yüksək nüfuza malik olmalarını, həmin nüfuzu ilə əlaqədar həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin Dövlət Radiotezliklər idarəsinə Musa Rəsulovun rəis təyin edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olduqlarını və bunun üçün qeyd edilən Xidmətin rəhbər vəzifəli şəxsi üçün birbaşa yolla Cavabdeh vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini bildirməsi ilə əlaqədar, Ədalət Əsgərov və özü bu məsələdə vasitəçilik etməklə, yəni məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdikləri yardımla 17 mart 2018-ci il tarixdə Musa Rəsulovla birlikdə özü Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhəri, Parlament prospektində yerləşən inzibati binasının yaxınlığına gedərək Cavabdehla Musa Rəsulovu görüşdürüb sonuncunun Xidmətin vətəndaşların qəbulu üçün nəzərdə tutulan otaqların yerləşdiyi inzibati binasına daxil olaraq qeyd edilən məsələnin müsbət həllinə dair Cavabdehla müzakirə aparıb sövdələşməklə sonuncunun təhriki əsasında Musa Rəsulovun qeyd edilən işin müsbət həlli ilə əlaqədar vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərilməsi üçün pul vəsaitini verməyə razılaşmasından sonra Ədalət Əsgərovun və özünün işin müsbət həlli, pulun təqdim edilməsi, təminat məqsədilə borc müqaviləsinin bağlanması, imzalı qəbz alınmasında ifadə olunan məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmağa dair real hərəkətlərdə ifadə olunan yardım etməklə 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı Notariat Kontorunda Cavabdeh yaxın münasibətdə olduğu Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli şəxsinin həqiqi təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin həmin Nazirliyin Dövlət Radiotezliklər İdarəsinə Musa Rəsulovun rəis təyin edilməsinə dair qərarına qanunsuz təsir etməsi məqsədilə həmin Xidmətin səlahiyyətli şəxsi üçün birbaşa yolla Cavabdeh vasitəsilə Musa Rəsulova məxsus maddi nemət olan 70.000 manat məbləğində pul vəsaitini Ədalət Əsgərovla birlikdə Cavabdeh verib, həmin məsələnin müsbət həllinə dair təminat məqsədilə Musa Rəsulovun verdiyi həmin məbləği Cavabdeh guya özündən borc almasına dair qeyd edilən Notariat Kontorunda özü Cavabdehla eyni tarixli borc müqaviləsi bağlayaraq həmçinin, verdiyi pulun zəmanəti olaraq 28 mart 2018-ci il tarixdə Bakı şəhəri, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində öz övladı X10 ilə Musa Rəsulovun bacısı X11 arasında guya sonuncunun Gülnar Nəcəfliyə 70.000 manat məbləğində pulu borc verməsinə dair reyestrdə 3M-119 nömrəsi ilə qeydiyyata alınan kredit müqaviləsinin, habelə, həmin müqavilənin təminatı kimi tərəflər arasında eyni tarixdə qeyd edilən “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 08 yanvar 2018-ci il tarixdə verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Gülnar Nəcəfliyə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,075 hektar sahəsi olan 3/487 saylı torpaq sahəsinin ipoteka saxlayan Nailə Rəsulovanın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair reyestrdə 3M- 120 nömrəsi ilə qeydiyyata alınan ipoteka müqaviləsinin bağlanmasına, habelə, Cavabdeh adına Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş ZH № 2233 nömrəli xidməti vəsiqisinin surəti üzərinə sonuncunun diyircəkli qələmlə “Mən Cavabdeh İddiaçı (Ş/V AZE N 0*******) X1 şahidliyi ilə X8 Rabitə Nazirliyinin Radiotezliklər İdarəsinə rəis vəzifəsinə təyin edilməsi üçün 70.000 (yetmiş min) AZN pulu götürdüm. Bu məsələ ilə əlaqədar biz notariusda işədüzəltmə kimi yox borc müqaviləsi ilə həmin məbləğdə pulu qəbul etdim. Qeyd olunanları özüm yazdım imzamla təsdiq edirəm, imza: təhvil alan Cavabdeh Təhvil verən: İddiaçı Şahid: Əsgərov Ə.i. 28 mart 2018 19:45” yazmasına nail olub, “təhvil alan Cavabdeh” ifadələrinin qarşısında Cavabdeh, “Şahid: Əsgərov Ə.i.” ifadələrinin qarşısında Ədalət Əsgərovun, “Təhvil verən: İddiaçı” ifadələrinin qarşısında isə özünün imzaladığı həmin kağızı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Ədalət Əsgərovla birlikdə Cavabdeh alaraq, sonuncunun təhriki əsasında Musa Rəsulovun səlahiyyətli vəzifəli şəxsə həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin Musa Rəsulov barəsində olan qərarına qanunsuz təsir etmək məqsədilə həmin səlahiyyətli vəzifəli şəxs üçün birbaşa yolla Cavabdeh vasitəsilə maddi nemətin verilməsində Ədalət Əsgərovla birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla köməkçi qismində iştirak etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli 1- 1(103)-27/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 32.4, 312.2, 312-1.1 və 32.4, 312-1.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmündən məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmü Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin sorğusuna əsasən 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 25 iyun 2021-ci il tarixli 1647 nömrəli məktuba əlavə edilmiş X11 (borc verən) və X10 (borc alan) arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq olunmuş (reyestr № 3M-119) 28 mart 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən X11 70.000 manat məbləğində pulu borc alan X5 borc vermiş, X10 borcu 01.07.2018-ci il tarixədək X6 qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin məktuba əlavə edilmiş 28 mart 2018-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ipoteka saxlayan X11 və ipoteka qoyan X10 arasında bağlanmış həmin müqaviləyə əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 70.000 manat olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 18.05.2021-ci il tarixli, 17/36-1010 nömrəli məktuba əlavə edilmiş Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh hazırki iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ona qarşı iddia olunan 70.000 manat pul 2018-2019cu illərdə istintaq və məhkəmə orqanları tərəfindən cinayətin premdeti kimi tanınmış, iddiada göstərilən kredit müqaviləsi isə həmin cinayəti pərdələmək məqsədi ilə onunla iddiaçı arasında formal olaraq bağlanmışdır. Bunun nəticəsi olaraq Bakı Hərbi Məhkəməsinin 15.07.2019-cu il tarixli 1-1(093)-170/2019 №-li hökmü ilə İddiaçı 4.000 manat cərimə, o isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər. Qərar çıxarılarkən həmin hökmün əldə edilməsi və nəzərə alınması xahiş edilmişdir. Beləliklə, iddiaçı tərəfin izahatından və işin məhkəmə tərəfindən araşdırılan mübahisəsiz hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş hüquqşünası vəzifəsində işləmiş X8 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə vakant olan rəis vəzifəsinə təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hüquqi təminat idarəsinin 2-ci şöbəsinin baş hüquq məsləhətçisi vəzifəsində işləmiş Cavabdeh tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə bağlı kömək etməsi ilə əlaqədar razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən X12 tərəfindən sözügedən vəzifəyə təyin edilmə ilə əlaqədar Cavabdeh İddiaçı və X4 vasitəsilə maddi nemət olan 70.000 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin məsələnin müsbət həllinə dair təminat məqsədilə 70.000 manat məbləğində pula dair Çingiz Hümbətov ilə Cavabdeh arasında Cavabdeh borc almasında dair Bakı şəhəri 13 saylı notariat kontorunda reyestrdə 3M-177 nömrəsi ilə qeyd edilmiş 28 mart 2018-ci il tarixli formal kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda, 70.000 manat məbləğində pula dair Musa Rəsulovun bacısı X11 və İddiaçı qızı X10 arasında N.Rəsulovun 70.000 manat məbləğində pulu G.Nəcəfliyə borca verilməsinə dair 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 3M-119 nömrə ilə qeyd olunmuş 28 mart 2018-ci il tarixli formal kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda reyestrdə 3M-119 nömrə ilə qeyd olunmuş 28 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi X11 ilə X10 arasında 28 mart 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, bağlanmış müqaviləyə əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsi N.Rəsulovanın qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı 70.000 manat məbləğində pul vəsaitini ona məxsus olmasını iddia etsə də, həmin pul məbləğinin ona məxsus olmaması və tərəflər arasında bu barədə bağlanan kredit müqaviləsinin formal müqavilə olması qüvvə olan Bakı Hərbi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 1-1(093)-170/2019 saylı hökmü ilə müəyyən olunur. MPM-nin 82.4.maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc tələbinə dair hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia əsas tələbə dair hissədə rədd edildiyindən iddianın əldən çıxmış hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilmiş borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar