Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2573/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh SOCAR-ın Heydər Əliyev adına X11 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X10 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi, iddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X10 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən seriya № ******* saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsində cavabdeh SOCAR «Neft kəmərləri» İdarəsi tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində İddiaçı tərəfindən aparılmış tikilinin özbaşına(qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən seriya № ******* saylı Çıxarış əsasında 2014-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsini alarkən boş idi. Boru isə evə 50 m uzaqlıqda yerləşir. Lakin cavabdeh müəssisələr tikintiyə qanunsuz olaraq mane olur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 nümayəndəsi X1 Məmmədovun iddianı qəbul etməyib, izahatında bildirdi ki, İddiaçı məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,0145 ha torpaq sahəsi zavodun neft məhsulları nəql edən boru xəttinin mühafizə zonasında yerləşir, qanunvericiliyin tələblərinə əsasən mühafizə zonasında tikinti quraşdırma işlərinin aparılması yolverilməzdir. Ona görə də İddiaçı iddianın rədd edilməsi, Heydər Əliyev adına X8 iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh SOCAR Təhlükəsizlik İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə prosesində iştirak etməmiş, etməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh SOCAR Təhlükəsizlik İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsi 20.10.2014-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 246 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,iİddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X10 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia tələbi təmin olunmalı, iddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışı ilə 20.10.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır və İddiaçı mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, SOCAR-ın Heydər Əliyev adına X10 və SOCAR-ın Təhlükəsizlik İdarəsinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsinə hər hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbini irəli sürmüş, lakin bununla bağlı məhkəmə qeyd edir ki,mübahisəli torpaq sahəsi İddiaçı xüsusu mülkiyyətində olduğundan Heydər Əliyev adına X8 hazırki iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 31-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5- ci maddəsinə görə mülkiyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkət edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə görə torpaq sahələrinin hasarlanması və mərzlənməsi torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarına daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçisinin hüququdur. Həmin Məcəllənin 83-cü maddəsinə görə hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X11 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia tələbi təmin olunsun. Cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X11 və SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsinə qanunsuz müdaxilələrə, tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətməsinə, mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulsun. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X8 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2573/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2573/2021
17.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver