Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2579/2023 18.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına (abonent kodu **********00060) müdaxilə edilməsi əsası ilə ona əsassız hesablanmış 382,10 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qardaşı İddiaçı məxsus olmaqla, həmin evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamış, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əvvəlki dövrdə quraşdırılmış qaz sayğacı çıxarılmış və yeni qaz sayğacı quraşdırılmışdır. Bu barədə xx.xx.2019-cu il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin vaxtdan sonra o, evdə olan qaz sayğacından heç bir maneə olmadan istifadə etmiş və qaz kartına ödənişlər etmişdir. İddiaçı təxminən bir müddət əvvəl qaz kartına pul yükləyərkən pul məbləğinin bir hissəsinin silindiyini aşkar etmişdir. Buna görə də iddiaçı şifahi olaraq «Azəriqaz» İstehsalat Birliyinə müraciət etmiş və hesabında (**********00060) yaranmış borcun araşdırılması barədə məlumat verilməsini xahiş etmişdir. Lakin müraciətə cavab verilməmişdir və həmçinin sənədlərin surətlərinin təqdim edilməsindən imtina edilmişdir. İddiaçıya şifahi olaraq bildirilmişdir ki, əvvəlki qaz sayğacı yoxlanılarkən qüsur aşkar edilmiş və buna görə də borc hesablanmışdır. Hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya itirilmiş təbii qaza görə 382,10 manat məbləğində dəymiş ziyanın hesablanması qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Təbii qazın itkisinə görə iddiaçı o halda təqsirli bilinməli idi ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində həmin sayğaca vurulmuş ziyan nəticəsində təbii qaz əvəzi ödənilmədən istifadə edilmiş olardı. Lakin hazırki halda qeyd etdiyi kimi iddiaçı qaz sayğacına müdaxilə etməmişdir.“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz sayğacına və ya qaz xəttinə iddiaçı tərəfindən qanunsuz müdaxilə və təbii qazdan qanunsuz istifadə faktları sübuta yetirilmədən və heç bir əsas olmadan itirilmiş təbii qaza görə pul məbləği hesablanmışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi “Azəriqaz” İstehsalat Birliyinin üzərinə düşür. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında aşkar edilmiş, xəsarətlərin iddiaçı tərəfindən edilməsi, bunun nəticəsində cavabdehə maddi ziyan dəyməsi, iddiaçının təbii qazdan qanunsuz və əvəzi ödənilmədən istifadə etməyimi təsdiq edən hər hansı mötəbər sübutlar “Azəriqaz” İstehsalat Birlivi tərəfindən tərtib və təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* №-li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus Smart tipli, G4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğacı, Smart tipli, G4 markalı, STS**********7 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Digər qeydlər: M1 (257.00) M2 (6140.00) off olundu, çıxış borusunda dəlik var. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu **********00060) ümumilikdə 486 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus abonentin saldosuna əsasən, İddiaçı (abonent kodu **********00060) ümumilikdə 486 manat cərimə hesablanmışdır. Lakin İddiaçı iddia ərizəsində 382,10 manat məbləğində borcun silinməsini xahiş etdiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmənin iddia tələbindən kənara çıxması mümkün olmadığından, məhkəmə hesab edir ki, hazırki işə iddia tələbi həcmində qiymət verilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacın yararsız vəziyyətə salınmasına görə iddiaçı heç bir məsuliyyət daşımağından 382,10 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00060 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına dair əsassız hesablanmış 382,10 manat məbləğində borcu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2579/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2579/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver