Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2595/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 06 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1601/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları 5 saylı Bakı “ASAN Xidmət” X4 1777 nömrə ilə qeydə alınmışdır. Birgə nikahılarından xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə aralarında əvvəllər münasibətləri normal olsa da, sonradan pisləşmiş və faktiki olaraq ayrılmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1601/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında saxlanılması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Əmin vaxtdan uzun müddət keçmiş, hazırda onun maddi vəziyyəti çox aşağıdır və uşağın saxlanması üçün cavabdehdən hər ay tutulan 170 manat sabit pul məbləğində aliment uşağın saxlanması üçün yetərli deyildir. Hazırda o, uşağın geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərmir. Özü isə uşağın azyaşlı olması və daim ana qayğısına ehtiyacının olması ilə əlaqədar işləyə bilmir. Uşaqların saxlanması üçün 2023-cü ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 220 manat təşkil etdiyi halda, cavabdehdən aylıq 170 manat alimentin tutulması onun ehtiyacının ödənilməsində həddindən artıq çətinliklər yaradır. O isə həmin xərcləri ödəyə bilmir və uşağın xərclərini çətinliklə ödəyir. Uşağın saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehdən tutulan 170 manat sabit pul məbləğində alimentin miqdarının artırılması zəruridir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uşağın müalicəsi ilə əlaqədar ehtiyac olduğu zamanda cavabdehə bu barədə bildirmiş və cavabdeh əlavə ödəniş etmişdir. Hər zaman cavabdehə bu barədə bildirməmək üçün alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir. Bundan əlavə, cavabdeh uşağının əlavə xərcləri ilə bağlı ondan əlavə pul tələb etdiyi zaman ödənişlər etmişdir. Uşağının saxlanılmasında əlavə köməklik etməyə hazırdır. Belə olan halda, alimentin artırılmasına zərurət yoxdur. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, birgə nikahdan olan X5 30 mart 2018-ci ildə anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 may 2021-ci ildə 193 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3170/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh 30 mart 2018-ci il təvəllüdlü X5 ilə həftədə bir dəfə, bazar günü saat 12:00-dan 18:00-dək cavabdeh X1 iştirakı ilə ünsiyyət olmaq hüququ (görüş) verilməsi qət edilmişdir. Həmin qətnamənin mətnindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1601/2020 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X3 arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” X4 1777 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə X1 birgə nikahlarından doğulmuş 30 mart 2018-ci il təvəllüdlü X2 boşanmadan sonra anası X1 yanında qalması, Cavabdeh 30 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması, alimentin tutulması müddətinin xx.xx.2020-ci il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ilə yaxın müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1601/2020 saylı qətnaməsi ilə Cavabdeh 30 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1601/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 30 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2595/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2595/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver