Məhkəmə qərarları › İş №2(012)-2603/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2603/2023

31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2603/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin məbləğinin 175 manatdan artırılaraq 250 manat, cəmi alimentin məbləğinin 500 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin 2(012)- 1748/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X4 onun yanında qalması, 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı ıl tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Bu aliment məbləği iki il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaqlar böyümüş, inkişaf etmələri üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. O, iki azyaşlı övladı ilə birlikdə atasına məxsus evdə yaşayır. Hər iki övladının tələbatını iddiaçının atası ödəyir. Cavabdeh bir ata kimi bütün məsuliyyətdən boyun qaçırır və uşaqları ilə, ümumiyyətlə maraqlanmır. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək işsiz qadın olaraq onun üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsini, birgə nikahdan doğulmuş Nizami və Esma adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay onun xeyrinə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla belə, məhkəməyə ərizə göndərərək, işin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İ 391059 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahının pozulması xx.xx.2021-ci il tarixdə 243 sayla qeydə alınmışdır. Mülki işin materiallarından olan AZ-T 173309 və AZ-T 173308 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 03 oktyabr 2014-cü il tarixdə X5 və 12 fevral 2016-cı ıl tarixdə X6 adlı uşaqlar doğulmuşlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X4 İddiaçı yanında qalması, 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəbində bədən tərbiyəsi müəllimi işləyir və aylıq əmək haqqı 1497 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş cəmi 350 manat sabit aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının 1/3 hissəsi miqdarında artırılmasını tələb edir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 1497 manat təşkil edir. Məhkəmə birgə nikahdan doğulmuş Nizami və Esma adlı azyaşlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1748/2021 saylı qətnaməsi ilə 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş cəmi 350 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar