Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2614/2020 02.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla cəmi 901 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu olmaqla, cəmi 810 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********49365 Samsung Galaxy A50, İMEİ Kodu **********21554 Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu olmaqla, cəmi 1560 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla, cəmi 536 manat ümumilikdə 3807 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli müqavilələrə əsasən, Samsung LED markalı televizor, HP markalı komputer, İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon və İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon almış və 3807 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1088 manat olan Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, alğı-satqı qiyməti 876 manat olan HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, alğı-satqı qiyməti 1200 manat olan İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu və alğı-satqı qiyməti 456 manat olan İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla, ümumilikdə 3807 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 443 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdh Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00687816 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Samsung LED markalı televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00753995 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh HP markalı komputer almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00872705 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung LED markalı televizor üçün Cavabdeh 784 manat ödənilməmiş məbləğ və 117 manat dəbbə pulu, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu və İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla ümumilikdə 3807 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 00687816 saylı, xx.xx.2019-cu il tarixli, 00753995 saylı, xx.xx.2019-cu il tarixli, 00872705 saylı və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2019-cu il tarixli, 00687816 saylı, xx.xx.2019-cu il tarixli, 00753995 saylı, xx.xx.2019-cu il tarixli, 00872705 saylı və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alğı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2019-cu il tarixli, 00687816 saylı müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün hesablanmış 117 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, xx.xx.2019-cu il tarixli, 00753995 saylı müqaviləyə əsasən, HP markalı komputer üçün hesablanmış 153 manat məbləğində cərimə pulu 10 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün hesablanmış 360 manat dəbbə pulu 20 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün hesablanmış 80 manat dəbbə pulu isə 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 3142 (üç min yüz qırx iki) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2614/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2614/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver