Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-263/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 borclu olduğu 2050 manat, İddiaçı1 borclu olduğu 1500 manat olmaqla, ümumilikdə 3550 manatın birdəfəlik tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2016-cı ilin may ayından dekabr ayına kimi, İddiaçı1 ilə birlikdə Lerik rayonu Ambu kənd məktəbində sıvaq işi görmüşlər. Cavabdeh rəhbərliyi ilə həmin tikintidə əmək haqqı olaraq 6000 manat verilsə də, tikinti qurtarandan sonra şəxsən ona 2050 manat, İddiaçı1 isə 1500 manat borcu qalmışdır. Sonradan cavabdeh rayondan getdiyinə görə dəfələrlə danışıqları olmuşdur, lakin bugünə kimi borcunu ödəməmişdir. Ona görə də Lerik RPŞ-nə ərizə daxil olmuşdur və material aidiyyatı üzrə rayon prokrorluğuna göndərilmişdir. Rayon prokurorluğunda cavabdeh barəsində şikayət olduğundan onların ərizələri də həmin materiala əlavə edilərək izahatları alınmışdır. İddiaya əlavə etdiyi rayon prokurorluğunun qərarının 5-ci vərəqəsində işarələnmiş hissəsində cavabdeh hər şeyi etiraf etmişdir. Qərara əsasən cavabdeh həmin məbləği ödəməsini söz versə də bugünə heç bir ödəniş etməmişdir və boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər İddiaçı1 məhkəmə iclasında İddiaçı2 izahatı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Lerik Rayon Prokrorluğunun 21 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, Lerik rayonunun Anbu kəndində 2016-cı ildə tikilmiş məktəb binasının tikintisində iş icraçısı işləmişdir. Məktəb binasını "xxxx" MMC həyata keçirmişdir. Məktəb binasının tikintisi 08 dekabr 2016-cı il tarixdə başa çatdırılmaqla bina istifadə üçün təhvil verilmişdir. Məktəb binasını tikdiyi müddətdə Lerik rayonunun Barzavu kənd sakini İddiaçı2 tikinitdə fəhlə və usta işləmişdir. İddiaçı2lə rəsmi müqavilə bağlamamış, İddiaçı2 günəmuzd işləyib gündəlik pulunu almışdır. Sonuncu dəfə 2017-ci ilin yanvar ayında Anbu kəndinə gəlib fəhlələrin pullarının bir qismini vermiş, pul olmadığına görə bir neçə nəfərə müxtəlif məbləğdə pul borclu qalmış, o, cümlədən İddiaçı2 də təxminən 1300-1500-manat borclu qalmışdır. Həmin pulu verməkdən boyun qaçırmır. Lakin pulu olmadığına görə verə bilməmişdir. Tikintini həyata keçirən şikət müflisləşərək fəaliyyəti tam dayandırmışdır. Buna görə də fəhlələrin pulunu verə bilməmişdir. Tikintinin sifarişçisi Lerik rayon icra Hakimiyyəti Aparatı olduğuna görə gördüyü işin müqabilində ona 1500 manat borclu qalmışdır. Bu səbəbdən fəhlələrin pulunu verə bilməmişdir. İddiaçı2 pulunu verməyə çalışır, sifarişçi təşkilat pullarını verdikdən sonra İlhamın pulunu qaytaracaqdır. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh Lerik rayonunun Anbu kəndində məktəb binasının tikintisində iş icraçısı işləmiş, məktəb binasını tikdiyi müddətdə İddiaçı2 tikintidə fəhlə və usta işləmişdir. Lakin İddiaçı2 işini bitirdikdən sonra Cavabdeh ona 1500 manat məbləğində borclu qalmışdır. Cavabdeh İddiaçı2 1500 manat borcunun olması faktı Lerik Rayon Prokrorluğunun 21 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı ilə təsdiqini tapmış və həmin faktı təkzib edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı1 1500 manat borcunun olması ilə bağlı da sübutlar müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı2 verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-263/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-263/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver