Məhkəmə qərarları › İş №2(012)-2635/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2635/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2635/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X2 xeyrimizə 2580.55 (iki min beş yüz səksən ABŞ dolları 55 sent) ABŞ dolları əsas, 455.47 (dörd yüz əlli beş ABŞ dolları 47 sent) ABŞ dolları faiz, 854.00 (səkkiz yüz əlli dörd ABŞ dolları 00 sent) ABŞ dolları cərimə, cəmi 3890.02 (üç min səkkiz yüz doxsan ABŞ dolları 02 sent) ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə X5 arasında bağlanmış 05.04.2018-ci il tarixli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh 05.04.2018-ci il tarixli Kredit Müqaviləsinə əsasən biznes xərcləri üçün 12 (on iki) ay müddətinə, illik 18 % ödəmək şərti ilə 3000.00 (üç min ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4-cü maddəsinə görə "Zamin"in bu müqavilənin 4.1. bəndinə əsasən və Zaminlik müqaviləsinin 3-cü bəndinin 3.1., 3.2. bəndlərinə əsasən təminatı ilə "Borcalan"a bu müqavilənin 2.2. bəndində nəzərdə tutulan məbləğdə və 6.1. bəndində nəzərdə tutulan faizlə "Borcalan"a kredit verir. "Borcalan" isə öz növbəsində bu müqavilənin 6.2. və 7.3. bəndlərinə əsasən "Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə "Borcverən"ə qaytarır". Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və borclu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə borclunun 03 Mart 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 2580.55 (iki min beş yüz səksən ABŞ dolları 55 sent) ABŞ dolları əsas, 455.47 (dörd yüz əlli beş ABŞ dolları 47 sent) ABŞ dolları faiz, 854.00 (səkkiz yüz əlli dörd ABŞ dolları 00 sent) ABŞ dolları cərimə, cəmi 3890.02 (üç min səkkiz yüz doxsan ABŞ dolları 02 sent) ABŞ dolları borcu yaranmışdır Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-2635/2021 saylı qərardadı cavabdeh X5 vəfat etdiyindən iddia tələbinin ona aid hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 05.04.2018-ci il tarixli, BN-688 saylı kredit müqaviləsinin görünür ki, borcalan Cavabdeh 12 (on iki) ay müddətinə, illik 18 % ödəmək şərti ilə 3000.00 (üç min ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində kredit verilmiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə borcalan X6, zamin X5 arasında bağlanmış 05.04.2018-ci il tarixli, BN-688/1 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini 05.04.2018-ci il tarixli, BN-688 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün zaminin məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. İş materiallarında olan 05 aprel 2019-cu il tarixli 1 saylı əlavə razılaşmadan görünür ki, tərəflər arasında bağlanan müqavilənin müddəti daha 12 ay, 05 aprel 2020ci il tarixədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən ona verilmiş kredit üzrə 03 mart 2021-ci il tarixədək əsas borcdan 419.45 (dörd yüz on doqquz ABŞ dolları 45 sent) ABŞ dolları, faiz borcundan 1032.74 (bir min otuz iki ABŞ dolları 74 sent) ABŞ dolları ödənilmiş, 2580.55 (iki min beş yüz səksən ABŞ dolları 55 sent) ABŞ dolları əsas borcdan, 33.55 (otuz üç ABŞ dolları 55 sent) ABŞ dolları faiz borcu banka qaytarmalıdır. 19.10.2021-ci il tarixli 70/10 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə 05.04.2018-ci ildə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 3000.00 (üç min ABŞ dolları) USD kredit verilmişdir. Həmin müqaviləyə əsasən 06.04.2020-ci il tarixinə əsas borc 2580.55 (iki min beş yüz səksən ABŞ dolları 55 sent) USD, faiz borcu 33.55 (otuz üç ABŞ dolları 55 sent) USD təşkil edir İş materiallarında olan axırıncı bildirişin surətindən görünür ki, 11.12.2021-ci il tarixdə Cavabdeh "xxxx" MMC tərəfindən banka olan borcun 5 (beş) iş günü müddətinə ödənilməsi, əks təqdirdə qanunun tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 03.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.04.2018-ci il tarixli, BN-688 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) 12 (on iki) ay müddətinə, illik 18 % ödəmək şərti ilə 3000.00 (üç min ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 06.04.2021-ci il tarixə "xxxx" MMC-yə 2580.55 (iki min beş yüz səksən ABŞ dolları əlli beş sent) ABŞ dolları, 06.04.2020-ci il tarixə faiz borcu 33.55 (otuz üç ABŞ dolları əlli beş sent) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05.04.2018-ci il tarixli, BN-688 saylı kredit müqaviləsinə əsasən 2580.55 (iki min beş yüz səksən ABŞ dolları əlli beş sent) ABŞ dolları əsas borc, 33.55 (otuz üç ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2614.1 (iki min altı yüz on dörd ABŞ dolları on sent) ABŞ dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 05.04.2018-ci il tarixli, BN-688 saylı kredit müqaviləsinə əsasən 2580.55 (iki min beş yüz səksən ABŞ dolları əlli beş sent) ABŞ dolları əsas borc, 33.55 (otuz üç ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2614.1 (iki min altı yüz on dörd ABŞ dolları on sent) ABŞ dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar