Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2637/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 19.05.2019-cu il tarixli, 121- 0***-******* saylı kredit müqaviləsi üzrə 187.12 manat əsas, 46.51 manat faiz, 119.49 manat cərimə və kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 361.12 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən FİNtrend Bank Olmayan Kredit təşkilatından illik 36 faizlə 15 ay müddətinə 828 manat məbləğində kredit götürmüşdür. FİNtrend Bank Olmayan Kredit təşkilatı ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 004 saylı müqaviləyə 31.05.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən borclu ilə FİNtrend Bank Olmayan Kredit təşkilatı ilə Nikoyl İKB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 01.03.2021-ci il tarixədək Cavabdeh banka 19.05.2019-cu il tarixli, 121-0***-******* saylı kredit müqaviləsi üzrə 187.12 manat əsas, 46.51 manat faiz, 119.49 manat cərimə olmaqla cəmi 353.12 manat borcu vardır. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Yelo Bank ASC-nin Məhkəmə Orqanları ilə İş Şöbəsinin hüquqşünası Ramin Abdullayevin məkəməyə verdiyi 24.05.2021-ci il tarixli məktubuna əsasən, iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* - Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin 17.12.2020-ci il tarixli arayışından görünür ki, Əliyeva X1 rayonu, Digah qəsəbəsi H.Cavid küçəsi 14 saylı evdə qeydiyyatdadır. - FİNtrend Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli, 121-0***-******* saylı kredit müqaviləsindən və həmin tarixli 1 saylı əlavə - ödəniş cədvəlindən görünür ki, bank tərəfindən borcalana illik 36 faizlə 15 ay müddətinə 828 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.2.13. bəndinin şərtlərindən və müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 19.06.2019-cu il tarixdən başlayaraq, 19.08.2020-ci il tarixədək, 828 manat əsas, 212.36 manat faiz olmaqla cəmi 1040.36 manat borcu hər ay hissə-hissə ödəməklə Banka qaytarmalıdır. -19.05.2019-cu il tarixli 121-0***-*******-2 saylı ödəmə tapşırığından görünür ki, 828 manat pul müştəri Cavabdeh verilmişdir. -FinTrend Bank Olmayan Kredit təşkilatı ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli 0004 №li müqaviləyə hüquqların ötürülməsi barədə 610 №-li 31.05.2019-cu il tarixli sazişə əsasən Cavabdeh ilə FinTrend Bank Olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. - FinTrend Bank Olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh göndərilmiş tələbetmə hüquqlarının güzəşt olunması barədə bildirişdən görünür ki, 001 №-li 25.11.2017-ci il tarixli güzəşt olunması müqaviləsinə uyğun olaraq borcun tələbetmə hüquqlarının ötürülməsi Cavabdeh bildirilmişdir. Yelo Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 14.12.2020-ci il tarixli 16599 saylı xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun həmin tarixə Banka olan borcunun miqdarı 187.12 manat əsas, 46.51 manat faiz və 119.49 manat cərimə və kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən, 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 353.12 manat borc təşkil edir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin çıxarışından görünür ki, X4 Səhmdar Cəmiyyəti – adlı qurum, qanuni təmsilçisi X2 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 03.02.2021-ci il tarixdə, **********461600 nömrəli çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə olmaqla 8 manat məbləğində əldən çıxmış fayda (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 manat əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 187.12 manat məbləğində əsas borc üzrə hesablanmış 119.49 manat məbləğində dəbbənin azaldılaraq, 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 187.12 manat əsas, 46.51 manat faiz, 10 manat cərimə və kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 manat olmaqla cəmi 251.63 manat borc tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 20 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.05.2019-cu il tarixli 121-0***-******* saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 187.12 manat əsas, 46.51 manat faiz, 10 manat cərimə və kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 251.63 manat borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X4 Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 187.12 (yüz səksən yeddi manat on iki qəpik) manat əsas, 46.51 (qırx altı manat əlli bir qəpik) manat faiz, 10 (on) manat cərimə və kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8 (səkkiz) manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 251.63 (iki yüz əlli bir manat altmış üç qəpik) manat borc və dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-2637/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2637/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver