Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2638/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırki iş üzrə iddiaçı Xəlilova X1 Vüqar Akif oğlunu cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 42 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə, saat 13:21-də Dövlət Büdcəsinə ödədiyini təsdiq edən qəbz təqdim etsə də iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, sözügedən qəbz 2(012)-4413/2024 saylı mülki iş üzrə istifadə olunmuşdur. Həmçinin İddiaçı tərəf olduğu məhkəmə və icra işləri barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-4413/2024 saylı mülki iş üzrə iddiaçı qismində iştirak etmiş və həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilərək, iddianın qismən təmin edilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmiş və başqa mülki iş üzrə ödədiyi dövlət rüsumu ilə bağlı qəbzi iddia ərizəsinə əlavə etmişdir. Yuxarıda qeyd olunanları məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməməsi, həmçinin iddia ərizəsinə əlavə edilən sənədləri tənzimləyən Azərbaycan Respublikası MPM-in 150-ci maddəsinin tələblərinə əməl edilməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü və 152.1.5-ci maddələrinə istinad edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2638/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2638/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver