Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-264/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onu mənzilin sahəsində aldatdığı üçün mənzil üçün artıq ödənilmiş 14.092.5 manat məbləğində pulun və Cavabdeh2 MTK-dan artıq hesablanmış kommunal borclara görə 560 manat məbləğində pulun, dövlət rüsumu qismində ödənilmiş 135 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2(012)-264/2025 saylı iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı cavabdeh tərəfindən iddiaçının mənzilinin çıxarışa hazırlıq sənədlərinin hazırlanıb reyestr xidmətinə təqdim olunacağı barədə vəd olunduğunu, bu səbəbdən iddiadan imtina etdiyini və imtina nəticələrinin ona məlum olduğunu bildirmiş, təqdim etdiyi sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiadan imtina etməsilə bağlı ərizəsini müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlə aralarında alqı-satqı yolu ilə razılaşma olduğunu bildirmişdir. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, hazırki məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi isə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmiş və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iş üzrə iddiadan imtina etməsi tərəflərin və digər şəxslərin hüquq və mənafeyinə zidd olmadığından, hazırki iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbz əsasında qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə Abşeron Rayon Məhkəməsinə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Həmçinin iş materialında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat olaraq hesablanmışdır. Mülki Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 135 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən hazırkı mülki iş (e-2(012)-264/2025 saylı mülki iş) üzrə xx.xx.2024cü il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-264/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-264/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver