Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2642/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin 2(012)-1628/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, lakin sonradan nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2020-ci ildə X3 adlı bir uşaqları doğulmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-1628/21 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onun uşağın saxlanması üçün ayda 600 manata qədər xərci çıxır, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində köməklik göstərir, nə də, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağının normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri- mümkündür. Lakin cavabdeh uşağının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə etsə idi, bu zaman uşaqlarını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşağın saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, uşağın xəstəliyi də var və müalicə etdirməyə imkanı çatmır. Cavabdeh onunla rəsmi nikahda olduğu müddətdə başqa qadınla evlənmiş və qadın hamilə vəziyyətdə olmuşdur. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qazi olmaqla ayda 330 manat təqaüd alır, həmin məbləğdən də ayda 150 manat aliment və 60 manat isə aliment üzrə yaranmış borcundan ödəyir. Özü başqa qadınla evli olmaqla, həmin nikahdan bir uşağı vardır. Hərbi xidmət zamanı yaralanmış, hərbidən azad edilmişdir. Xəstə olduğundan başqa işlərdə işləyə bilmir. Özü əməliyyat olunmalıdır. İddiaçı uşağı saxlamaqda və müalicə etdirməkdə çətinlik çəkirsə, uşağı özü saxlaya və müalicə etdirə bilər. Alimentin artırılmasına razı deyildir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, birgə nikahdan olan X3 18 iyul 2020-ci ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1628/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə 5 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 3749 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 18 iyul 2020-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində qalması, Cavabdeh 18 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması müddətinin 29 yanvar 2021-ci il tarixdən müəyyən edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiy uğrunda gedən döyüşlərdə iştirak etmiş və o, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beynin travması xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu, psixotik davranışlar, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, ifadəli davranış pozuntusu tez-tez dekompensasiyalar, dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya” diaqnozu ilə xəstədir. Ruhi-əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bununla yanaşı, cavabdehin müharibə dövründə aldığı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beynin travması xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu, psixotik davranışlar, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, ifadəli davranış pozuntusu tez-tez dekompensasiyalar, dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya” diaqnozu ilə xəstə olmasını, onun maddi vəziyyətinin kifayət qədər təşkil etməməsini, habelə iddiaçı tərəfindən cavabdehin başqa gəlirləri barədə sübutların təqdim olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1628/2021 saylı qətnaməsi ilə Cavabdeh 18 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1628/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 18 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2642/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2642/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver