Məhkəmə qərarları › İş №2(012)-2644/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2644/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2644/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin cavabdehlər Cavabdeh1 Cəmaləddin oğlu və Cavabdeh2qarşı “borcun tutulması” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cəmaləddin oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC (əvvəlki adı: İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin xeyrinə 659,92 ABŞ dolları əsas borc, 828,62 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 300,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1789,04 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 Cəmaləddin oğlu xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 7000 ABŞ dolları kredit götürmüşdür.Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.Lakin hazırda borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədəkCavabdeh1 Cəmaləddin oğlunun banka xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə659,92 ABŞ dolları əsas borc, 828,62 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 300,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1789,04 ABŞ dolları borcu vardır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 Cəmaləddin oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehləriniştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxx» İKB ASC (yeni adı: İddiaçı ASC) ilə Cavabdeh1 Cəmaləddin oğlu arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 Cəmaləddin oğluna müqaviləyə əsasən 24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 7000 ABŞ dollarıkredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsinin təminatı olaraq «xxxxxx» İKB ASC (yeni adı: İddiaçı ASC) ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır və bu müqavilə kredit məbləği, faizlər, kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Cəmaləddin oğlunun İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-yə 659,92 ABŞ dolları əsas borc, 828,62 ABŞ dolları faiz borcu və illik 5 faizlə hesablanmış 300,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1789,04 ABŞ dolları borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxxxx» İKB ASC (yeni adı: İddiaçı ASC) Cavabdeh1 Cəmaləddin oğlu arasında xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsi və öhdəliklərin təmini üsulu kimi «xxxxxx» İKB ASC (yeni adı: İddiaçı ASC) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh1 Cəmaləddin oğluilə iddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 Cəmaləddin oğlu xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cəmaləddin oğlundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 4-M-1-0-585-14 saylı kredit müqaviləsi üzrə 659,92 ABŞ dolları əsas borc, 828,62 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 300,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1789,04 ABŞ dolları borc və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC (əvvəlki adı: «xxxxxx» İKB ASC)-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar