Məhkəmə qərarları › İş №2(012)-2664/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2664/2025

14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2664/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı torpaq sahəsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin və özbaşınalıq edərək daxil olmalarının qarşısının alınması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı torpaq sahəsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin və özbaşınalıq edərək daxil olmalarının qarşısının alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisindəki 0,06 ha torpaq sahəsinə qanunsuz və özbaşına müdaxilə edən cavabdehlərin əməkdaşlarının uniformada torpaq sahəsinə girərək abadlıq, hasarlama işlərinə, tikintiyə yaratdıqları süni əngəl və maneələrin aradan qaldırılması, cavabdehlərin mülkiyyətindəki torpaq sahəsinə müdaxilələrinin və özbaşınalıq edərək daxil olmalarının, qəsdən və qanunsuz olaraq yaratdıqları süni maneələrinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki tələb cavabdehlərin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinmə barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, hər 3 cavabdeh inzibati orqan statusuna malikdir. Qüvvədə olan qanunvericiliyə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər və bu cür mübahisələrə mülki deyil, inzibati icraat qaydasında baxılır. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, İddiaçı aidiyyəti pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100,60 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 100,60 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı torpaq sahəsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin və özbaşınalıq edərək daxil olmalarının qarşısının alınması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-2664/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100,60 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar