Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-267/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 qızının, Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 96871,47 manat əsas, 55587,23 manat faiz borcu olmaqla, ümumilikdə 152458,70 manat məbləğində pulun, iddia ərizəsi üzrə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2014-cü il tarixli, 6672 nömrəli kredit müqaviləsinə əsasən ona illik 10 faiz dərəcəsi ilə 120 ay müddətinə 102085 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə 14.06.2021-ci il tarixə onun Banka əsas borc üzrə 96871,47 manat, faiz borcu üzrə 55587,23 manat, cəmi 152458,70 manat məbləğində borcu yaranmışdır. İddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh 96871,47 manat əsas borc, 58358,83 manat faiz borcu olmaqla, ümumilikdə 155230,30 manat pulun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən Cavabdeh 96871,47 manat əsas borc, 60430,80 manat faiz borcu olmaqla, ümumilikdə 157302,27 manat pulun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X2 cavabdehlə "xxxx" ASC arasında bağlanmış 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcunun şişirdildiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyun 2014-cü il tarixdə imzalanmış 6672 saylı krediti müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 10 % hesablanması şərti ilə 120 ay müddətinə 102085 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 02.06.2014cü il tarixdə imzalanmış 6672 saylı kredit müqaviləsi üzrə 14.12.2021-ci il tarixinə "xxxx" ASC-yə 96871,47 manat əsas borc, 60430,80 manat faiz borcu olmaqla, cəmi 157302,27 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC tərəfindən ona verilən krediti götürməsinə baxmayaraq, 02.06.2014-cü il tarixdə imzalanmış 6672 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmiş və ya lazımınca icra etməmişdir. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 05.10.2021-ci il tarixli, 2(012)-4538/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/8361 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, 02 iyun 2014-cü il tarixli 6672 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 05.10.2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 96871,47 manat, faiz borcu üzrə 58574,98 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 96871,47 manat əsas, 60430,80 manat faiz borcu olmaqla, cəmi 157302,27 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 150 manat vəsait sərf edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 96871,47 manat əsas, 60430,80 manat faiz borcu olmaqla, ümumilikdə 157302,27 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumuna görə pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-267/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-267/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver