Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2678/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2392 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 10 ilə yaxındır ki, Lənkəran şəhərində yerləşən bazarda icarəyə götürdüyü mağazada geyim əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2009-cu il tarixdə hərbi xidmət dövründən tanıyır və bu günədək münasibətləri vardır. xx.xx.2023cü il tarixdə Cavabdeh Türkiyədən geyim əşyaları sifariş edib Azərbaycanda satmaqla qazanc əldə etdiyini, ona da bu işdə müştərək olmağı təklif etmiş və o, cavabdehin təklifinə razı olmuşdur. Bu məqsəd ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh ona verdiyi 50272917 saylı “eManat” plastik kart hesab nömrəsinə 1200 manat pul köçürmüşdür. Sonradan xx.xx.2023-cü il tarixdə Cavabdeh ona mobil telefonla zəng edib həmin hesab nömrəsinə təkrarən 900 manat pul köçürməyini istəmiş və o, pul köçürmüşdür. Aradan 20 gün keçdikdən sonra Cavabdeh ona mobil telefonla zəng edib Türkiyədən etdiyi sifarişləri gömrükdən keçirməkdən ötrü rüsumun ödənilməsi üçün 400 manat pul istəmiş və o, Cənnətin verdiyi 97819928 saylı “Mpay” plastik kart hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 400 manat pul köçürmüşdür. Cavabdeh hesab nömrəsinə, ümumilikdə, 2500 manat pul köçürdükdən sonra vəd verdiyi malın gəlib çıxmadığını və götürdüyü öhdəliyi yerinə yetirmədiyini görüncə əslində Cavabdeh tərəfindən aldadıldığını, gec də olsa, başa düşmüşdür. Dəfələrlə telefon əlaqəsi saxlamasına baxmayaraq, Cavabdeh hər dəfə ona yalançı vədlər verərək pulu bu günsabah qaytaracağı ilə aldadılmışdır. Bu səbəbdən Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət edərək, Cavabdeh pulun alınmasına dair ona köməklik göstərilməsini xahiş etmişdir. Polisə etdiyi müraciətdən sonra Cavabdeh onunla telefon əlaqəsi saxlayıb öz aralarında razılaşaraq hər ay pulu hissə-hissə ödəyəcəyini və bu səbəbdən də etdiyi müraciət ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirməklə polisdə aparılan araşdırmanı dayandırmasını xahiş etmişdir. Polisdə aparılan araşdırma ilə bağlı Cavabdeh izahatının alınmasından ötrü onun istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamaq alınmamış, eləcə də cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvanın müəyyən ediməsindən ötrü Lənkəran ŞRPŞ-nin CAB-ə əməliyyat tapşırığı verilsə də Cavabdeh yeri müəyyən edilmədiyindən izahatını almaq mümkün olmamışdır. Bununla da onun müraciətində dələduzluq faktı sübuta yetirilmədiyindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməklə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin gündən etibarən dəfələrlə telefon danışıqları və “Whatsapp” yazışmalarından sonra cavabdeh ona 2500 manat məbləğində borcundan cəmi bir dəfə olmaqla 16 noyabr 2024-cü il tarixdə 108 manat pul göndərmişdir. Artıq cavabdehin yalan vədlərindən yorulmuş və yuxarıda sadaladıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddiasının doğruluğunu sübut etmək üçün iddia ərizəsinə cavabdeh ilə aralarında olan “Whatsapp” yazışmaları və səs yazıları, həmçinin cavabdehin bank hesabına ödədiyi pulların qəbzlərini və cavabdehin ödədiyi pulun qəbzini əlavə etmişdir. Cavabdeh göndərilmiş pullardan ona xx.xx.2024cü il tarixdə 108 manat məbləğində pul ödəmişdir. Həmçinin onda olan diskdə bu faktı təsdiq edən səs yazıları da mövcuddur. O, cavabdehi məhkəməyə verdikdən sonra cavabdeh onunla əlaqə saxlamamış, lakin cavabdeh ilə sonuncu dəfə əlaqə saxladıqda cavabdeh onu məhkəməyə verməməsini xahiş etmişdir. Onun fikrincə Cavabdeh qeyd edilən məbləğdə pulu ödəməyə imkanı olsa da borcunu ödəmir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 05 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 24 aprel 2024-cü il tarixdə Lənkəran rayonu, Veravul kəndində yaşayan İddiaçı DİN-in 102 xidmətinə zəng edərək, eləcə də ərizə ilə Lənkəran ŞRPŞ-yə müraciət edərək, 26 mart 2024cü il tarixdə əvvəllər tanıdığı Cavabdehla öz aralarında razılaşaraq ondan geyim əşyalarını almaq məqsədi ilə ona verdiyi 50272917 saylı “eManat” və 97819928 saylı “maray” kart hesabına ümumilikdə 2500 manat pulu köçürdüyünü, lakin Cavabdeh verdiyi vədinə əməl etməyərək həmin pulu mənimsədiyini, bu barədə araşdırma aparılıb ona dəymiş olduğu ziyanı ödənilməsinə köməklik edilməsini xahiş etmiş, toplanmış materialın təhlilindən göründüyü kimi İddiaçı tanımadığı Cavabdeh ona qarşı dələduzluq etməsi barədə DİN-ə məlumatla bağlı Cavabdeh yerini müəyyən edib izahatının alınması mümkün olmadığından araşdırmaya hüquqi qiymət vermək mümkün olmamış, bununla da İddiaçı müraciətində dələduzluq faktı təsdiqini tapmamış, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 10 ilə yaxındır ki, Lənkəran şəhərində yerləşən bazarda icarəyə götürdüyü mağazada geyim əşyaları satışı ilə məşğul olur. 2009-cu il tarixdə əsgərlikdə tanıdığı bu günədək münasibətdə olduğu Cavabdehla əlaqəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdehla ona Türkiyədən geyim əşyaları sifariş edib, Azərbaycanda sataraq qazanc əldə etdiyini deyərək onunla müştərək olunmasını təklif etmiş və onun təklifinə razı olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona verdiyi 50272917 saylı “eManat” plastik kart hesab nömrəsinə 1200 manat pul köçürmüş, sonradan xx.xx.2023-cü il tarixdə Cavabdeh ona mobil telefonla zəng edib, ona verdiyi hesab nömrəsinə təkrarən 900 manat pul köçürmüşdür. Aradan 20 gün keçdikdən sonra Cavabdeh ona mobil telefonla zəng edib, Türkiyədən etdiyi sifarişlər, gömrükdə rüsumun ödənilməsi üçün 400 manat pul istəmiş, o da Cənnətin verdiyi 97819928 saylı “Mpay” plastik kart hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 400 manat pul köçürmüşdür. Cənnətə hesab nömrəsinə ümumilikdə 2500 manat pul köçürdükdən sonra onunla heç cür telefon əlaqə saxlaya bilməmiş, bu səbəbdən də ondan pulu alınmasına ona köməklik edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı təkrarən ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə tanıdığı Cavabdeh, ümumilikdə, 2500 manat pul onun verdiyi plastik kart hesabına köçürdüyünü, onun pulunu geri qaytarmadığına görə barəsində müraciət etmişdir. Etdiyi müraciətdən sonra Cavabdeh onunla mobil telefon əlaqə saxlayaraq, öz aralarında razılaşaraq hər ay onun pulunu hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən də etdiyi müraciətlə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanı dayandırmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh Türkiyədən geyim əşyaları sifariş edib Azərbaycanda satmaqla müştərək olaraq qazanc əldə etmək üçün 2392 manat məbləğində pul verməsi faktı iddiaçının məhkəmədə verdiyi izahatı ilə yanaşı, iş materiallarını təşkil edən sənədlər ilə də tam təsdiq olunur. Belə ki, Cavabdeh Türkiyə Respublikasından geyim əşyaları sifariş edib Azərbaycanda satmaqla qazanc əldə etdiyini bildirərək İddiaçı bu işdə müştərək olmağı təklif etmiş, iddiaçı cavabdehin təklifinə razı olaraq ona verilmiş bank hesabına xx.xx.2023-cü il tarixdə 1200 manat, həmin hesab nömrəsinə təkrarən xx.xx.2023-cü il tarixdə 900 manat, başqa bir bank hesabına xx.xx.2023-cü il tarixdə 400 manat pul olmaqla, cəmi 2500 manat pul köçürmüş, lakin cavabdeh tərəfindən vəd edilmiş mallar gəlib çıxmamış və götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Daha sonra cavabdeh 2500 manat məbləğində pulun 108 manatını iddiaçıya ödəmiş, lakin ödəməli olduğu qalan 2392 manat məbləğində pulu iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2392 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 45 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2392 manat pul və 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2678/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2678/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver