Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2680/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 122 manat əsas, 36 manat cərimə, 21 manat dövlət rüsumu olmaqla cəmi 179 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 50/14 ünvanında - «Sunny Electronics» mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli 9503 saylı alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün iddiaçı ilə digər Cavabdeh2 ilə 13.11.2013-cü il tarixli 9503/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 aldığı 367 manat dəyərində malın (mobil telefon) dəyərindən (müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə) tam şəkildə ödəniş etməmiş və sonuncu dəfə 16.06.2020-ci il tarixdə 31 manat ödəniş etmişdir. 13.11.2013-cü il tarixli 9503 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 122 manat əsas, 36 manat cərimə borcu yaranmışdır. Cavabdehlərə borcu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə edilməmiş, cavabdehlərin bu hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur ki, iddiaçı uzun müddətdir ki, əldə edəcəyi pul cavabdeh(lər) tərəfindən ödənilmədiyi üçün dövriyyəni çoxalda bilmir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən alıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 gündən artıq gecikdirərsə, Satıcının mal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. Ona görə də ərizənin təmin olunması xahiş olunur. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 18.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 13.07.2013-cü il tarixli, 9503 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən alıcıya 12 ay müddətinə ümumi məbləği 367 manat olan əmlak satılmışdır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.7. bəndinin şərtlərindən və müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 müqavilə üzrə borclarını 13.08.2013-cü il tarixdən başlayaraq, 12.07.2014-cü il tarixədək hər ay 30.58 manat (sonuncu ay isə 30.62 manat) ödəməklə qaytarmalıdır. -İddiaçı tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, 13.07.2013-cü il tarixli, 9503 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi borclu Cavabdeh1 122 manat əsas, 36 manat cərimə borcu olmaqla ümumilikdə 158 manat borcu yaranmışdır. -Satıcı İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 13.07.2013-cü il tarixli, 9503/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının 26.07.2006-cı il tarixli AZE № 0******* Seriyalı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 - Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının 05.12.2018-ci il tarixli AZE № 0******* Seriyalı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 - Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatdadır. -İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 9503 saylı pretenziyadan görünür ki, satıcı tərəfindən borclulara 3 iş günü müddətində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında 25.02.2011-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı – adlı fiziki şəxs, Qeydiyyat № VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmışdır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin Abşeron rayon Məhkəməsinə verilməsi üçün Expresspay ödəniş sistemi vasitəsilə 21 manat rüsum ödəmişdir. İşin araşdırılan hallarından, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərlərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiklərindən iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Satıcı İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 13.07.2013-cü il tarixli, 9503/1 saylı Zaminlik müqaviləsinə görə əsas borclu Cavabdeh1 alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyinin icrası Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və sonuncu iddiaçı qarşısında əsas borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 122 manat əsas, 36 manat cərimə, 21 manat dövlət rüsumu olmaqla cəmi 179 manat pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.07.2013-cü il tarixli 9503 saylı alqısatqı müqaviləsi üzrə 122 (yüz iyirmi iki) manat əsas, 36 (otuz altı) manat cərimə, 21 (iyirmi bir) manat dövlət rüsumu olmaqla cəmi 179 (yüz yetmiş doqquz) manat pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2680/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2680/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver