Məhkəmə qərarları › İş №2(012)-2697/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2697/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2697/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 21 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 21 dekabr 2010-cu il təvəllüdlü X3 və 21 oktyabr 2015ci il təvəllüdlü X1 üçün tutulan aylıq 350 manat alimentin məbləği dəyişdirilərək aylıq qazancın və başqa gəlirlərinin üçdə biri həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki Cavabdeh ilə nikaha rəsmi daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 21 dekabr 2010-cu il təvəllüdlü X3 və 21 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-2336/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş 21 dekabr 2010-cu il təvəllüdlü X3 və 21 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər uşağa 175 manat olmaqla hər ay onun xeyrinə 350 manat məbləğində aliment tutulmuşdur. Həmin qərarla tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Cavabdeh daimi iş yeri var. Beləki Cavabdeh Dövlət Təhlükəsizlik Xidmətində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Lakin cəhd etsələr də Cavabdeh aylıq qazancı barədə məlumat əldə edə bilməmişlər. Lakin məhkəmə sorğusu əsasında həmin məlumatlar əldə edilə bilər. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağı həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də alimentin əmək haqqına digər gəlirlərə münasibətdə müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirərək, 21 dekabr 2010cu il təvəllüdlü X3 və 21 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün alimentin aylıq qazancının və başqa gəlirlərinin üçdə biri hissəsində müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2336/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış 179 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixində xitam verilmiş, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Cavabdeh hesablanmış aylıq pul təminatı gəlir vergisi çıxıldıqdan sonra 1638,02 manat (bir min altı yüz otuz səkkiz manat, 02 qəpik) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Tərəflərin izahatından, iş materiallarından müəyyən olundu ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyir və aylıq pul təminatı gəlir vergisi çıxıldıqdan sonra 1638,02 (bir min altı yüz otuz səkkiz manat, 02 qəpik) manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ilə yaxın müddət keçdiyindən, habelə cavabdehin aylıq pul təminatı gəlir vergisi çıxıldıqdan sonra 1638,02 (min altı yüz otuz səkkiz manat, 02 qəpik) manat təşkil etdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2336/2021 saylı qətnaməsi İlə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün 04 mart 2021-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində sabit pul məbləğində aliment dəyişdirilərək hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir hissəsi məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızına verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır.. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 85.52 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2336/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 üçdə bir hissəsi məbləğində tutularaq Allahverdiyeva (Ələkbərova) Səmilə Ələkbər qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 85.52 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar