Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-27/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus, **********57-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evindən məcburi çıxarılması, mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya RX № **********57-10301 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmasına baxmayaraq həmin fərdi yaşayış evinə dair sahiblik, istfadə və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evində Cavabdeh yaşayış və fərdi yaşayış evində pasport qeydiyyatındadır. Cavabdehin fərdi yaşayış evi iddiaçının balansına keçdikdən sonra bu günə kimi yaşayış yerini tərk etməməsi iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə prosesinə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin münasibətini araşdırıb, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.20 m2 olan fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********57-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2424 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 1-ün sahibi İddiaçı BOKT ASC-dir. -İddiaçı BOKT ASC-nin Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus, **********57-10301 reyestr nömrəli, xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evində yaşadığı digər şəxslərlə birlikdə evdən çıxmağı, mənzili boşaltmağı və pasport qeydiyyatından çıxmağı xahiş olunmuşdur. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri Rəşad Qasımov, Hüquq Departamentinin Direktoru Nümayəndə1, Ümumi Şöbənin müdiri Könül Abdullazadə və kredit üzrə mütəxəssis Ceyhun Bədəlov tərtib edirlər bu aktı ondan ötrü ki, xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT ASC-yə məxsus ünvan 2 ünvanında yaşayan Cavabdeh evin boşaldılması və evdən çıxması ilə bağlı bildiriş təqdim olunması üçün qeyd olunan ünvana gedilmiş, lakin Cavabdeh evdə olmadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Aktın doğruluğunu imzaları ilə təsdiq edirlər. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Abşeron rayon İcra və probasiya şöbəsi və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. -“X2” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli X4 barədə Protokolundan görünür ki, ünvan 1 ünvanında, 0.0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176.2 kv.metr olan fərdi yaşayış evini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, tələbkar İddiaçı BOKT ASC tərəfindən 57.375 manat məbləğində əldə edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3253/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilsin, iddianın təmin edilməsi, X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən (0.0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, xx.xx.2021-ci il tarixli yekun protokol və xx.xx.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 0.0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı bank olmayan kredit X5 cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3253/2021 saylı İcra Vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən (0.0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, xx.xx.2021-ci il tarixli yekun protokol və xx.xx.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsinlər. ünvan 3 ünvanında yerləşən 0.0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı bank olmayan kredit X5 cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-3253/2021 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş müraciətiə baxılmışdır. İddiaçı Cavabdehlər Abşeron rayon İcra və probasiya şöbəsi və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı bank olmayan kredit X5 cəmiyyəti cəlb edilməklə) hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, xx.xx.2021- ci il tarixli yekun protokol və xx.xx.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqisi barədə müqavilə etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı bank olmayan kredit X5 cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3253/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. -Nəsimi rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3253/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC, İddiaçı BOKT ASC və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı sifariş məktubunun, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. -Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarınından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(105)- 1196/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarınından həmçinin görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)-524/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.20 m2 olan fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı BOKT ASC-nin Cavabdeh göndərilmiş bildirişin surətinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus, **********57-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evində yaşadığı digər şəxslərlə birlikdə evdən çıxmağı, mənzili boşaltmağı və pasport qeydiyyatından çıxmağı xahiş olunmuşdur. Lakin Cavabdeh evdə olmadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş, aktın doğruıuğu İddiaçı BOKT ASC-nin nümayəndələri tərəfindən imzaları ilə təsdiq edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər Abşeron rayon İcra və probasiya şöbəsi və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. “X2” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli X4 barədə Protokoluna əsasən ünvan 1 ünvanında, 0.0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176.2 kv.metr olan fərdi yaşayış evini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, tələbkar İddiaçı BOKT ASC tərəfindən 57.375 manat məbləğində əldə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3253/2021 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilsin, iddianın təmin edilməsi, X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən (0.0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, xx.xx.2021-ci il tarixli yekun protokol və xx.xx.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 0.0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı bank olmayan kredit X5 cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər "xxxx" MMC, İddiaçı BOKT ASC və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı sifariş məktubunun, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(105)-1196/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus, **********57-10301 reyestr nömrəli, xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evindən məcburi çıxarılması, mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil isə iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehin iddiaçının evində qeydiyyatda qalaraq yaşamaları qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də cavabdeh evin əvvəlki sakinləri kimi iddiaçıya məxsus evdə yaşamaq hüququnu itirdiyindən həmin evə olan istifadə hüquqlarına xitam verilməklə çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ əsas hüquq olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh, İddiaçı BOKT ASC-nin **********57- 10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməli, evdən çıxarılmalı, boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, İddiaçı BOKT ASC-nin, **********57-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin evdən çıxarılsın, boşaldılaraq iddiaçıya təhvil verilsin Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov