Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-270/2022 20.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X8 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Yelobank ASC-nin xeyrinə 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları borcun, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə 1843.03 ABŞ dolları əsas, 1489.85 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 23.09.2013-cü il tarixli 4-M-1-0- 964-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 7500 ABŞ dolları, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 5480 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Mixras oğlu ilə 23.09.2013-cü il tarixli, Cavabdeh3 və Cavabdeh4 ilə isə 07.01.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 03.05.2021-ci il tarixədək Cavabdeh1 banka 23.09.2013-cü il tarixli 4- M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları, 07.01.2015-ci il tarixli 4-M-2- 0-9-15 saylı kredit müqaviləsi üzrə 1843.03 ABŞ dolları əsas, 1489.85 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka olan sonuncu ödəniş 2015-ci ildə edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC 26.05.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 23.09.2013-cü il tarixli 4-M-1-0-964 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları borcun, ondan, Cavabdeh3 və Cavabdeh4 isə müştərək qaydada 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə 1843.03 ABŞ dolları əsas, 1489.53 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, iddiaçının iddia tələbi qeyri-qanuni və əsassız olduğundan hər hansı bir hüquqi faktla əsaslanmadığından həmin iddiaya etiraz edir və iddianın aşağıda göstərilənlərə görə rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, onunla cavabdeh Nikoyl İKB ASC-nin Sumqayıt filialı arasında 23.09.2013-cü il tarixli 4-M-1-964-13 saylı kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmaqla oğlu Təbrizə avtomobil alınması üçün 7500 ABŞ dolları borcun verilməsi nəzərdə tutulmuşdur. Lakin 7500 ABŞ dollarının alınmasına dair kassa məxaric orderinə imza etdirilsə də ona avtomobil verilmədiyi üçün həmin pulu banka geri qaytarmışdır. Belə olan halda, kim tərəfindən banka onun adından 7500 ABŞ dollarının ödənilməsi məlum deyildir. Sonradan məlum olmuşdur ki, filialın bir sıra əməkdaşları dələduzluq yolu ilə vətəndaşların adına pul yazaraq həmin pulları mənimsəmişlər. Bununla bağlı bankın Sumqayıt filialının keçmiş rəhbərliyinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət işi açılmış, o, həmin işdə zərərçəkmiş qismində işə cəlb edilmişdir. Abşeron rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli 2(012)-195/2019 saylı qətnaməsi ilə Nikoyl İKB ASC-nin iddia ərizəsi qismən təmin edilərək ondan 1103.71 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(105)- 2695/2019 saylı qərardadı ilə apellyasiya şikayəti təmin olunmuş, Abşeron rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmişdir. Eyni zamanda, onun cavabdeh Yelobank (keçmiş Nikoyl İKB ASC) ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(006)- 508/2020 saylı qətnaməsi ilə təmin edilmiş, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik və girov müqavilələri etibarsız hesab olunmuş və həmin müqavilələrin isə hüquqi nəticələri ləğv edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 isə zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilərək onunla bağlanan zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4496/2021 saylı qətnaməsi ilə cavabdeh Yelobank ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-375-ci maddələrinin tələbləri pozulmuş, yəni iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Eyni zamanda, qeyd edir ki, kredit müqavilələri üzrə ödənişlər 2013-2015-ci illərə aiddir, bununla da, həmin tarixdən sonra o, ödənişləri dayandırmışdır. Bu səbəbdən də, qeyd olunanları və iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə qaytarmaq, illik 30 faiz ödənilmək şərti ilə 7500 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 23.09.2013-cü il tarixdən 23.09.2015-ci il tarixə qədər olan dövr ərzində hər ay 420 ABŞ dolları (sonuncu ay isə 401 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 23.09.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 7500 ABŞ dolları krediti imza etməklə təhvil almışdır. -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. -Yelobank ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 26.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Yelobank ASC tərəfindən verilmiş 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları borcu vardır. -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq, illik 18 faiz ödənilmək şərti ilə 5480 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 07.01.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 5480 ABŞ dolları krediti imza etməklə təhvil almışdır. -Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə 07.01.2015-ci il tarixdən 07.01.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 199 ABŞ dolları (sonuncu ay isə 152 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Kredit verən Nikoyl İKB ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh4 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilələrin 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. -Yelobank ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 26.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Yelobank ASC tərəfindən verilmiş 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə 1843.03 ABŞ dolları əsas, 1489.85 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcu vardır. -Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli 2(012)-195/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1103.71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(105)-2695/2019 saylı qərardadından görünür ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-195/2019 saylı 13.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Nikoyl İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 230 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(012)-508/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, Cavabdeh1 tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi və onun əsasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik və girov müqavilələri etibarsız hesab olunmuş və həmin müqavilələrin hüquqi nəticələri ləğv edilmiş, iddiaçı tərəfindən 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “Yelobank ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynova (Şamilova) Günel Vaqif qızının iddiası təmin edilmiş, Hüseynova (Şamilova) Günel Vaqif qızının tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsi etibarsız hesab olunmuş və həmin müqavilənin hüquqi nəticələri ləğv edilmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı) Hüseynova (Şamilova) Günel Vaqif qızı tərəfindən 10 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq Hüseynova (Şamilova) Günel Vaqif qızına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 293 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4496/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(012)-508/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09.03.2022-ci il tarixli 3/H-3687 saylı məktubundan görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Nikoyl İKB ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4496/2021 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə 22.11.2021-ci il tarixdə baxılmış, Ali Məhkəmənin 22.11.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə ödəniş tarixi son olaraq 2015 və 2019-cu il tarixini əhatə edir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN **********, 203 dövlət qeydiyyatı nömrəsi ilə 25.02.1994-cü il tarixdə qeydə alınmış və 25.06.2021-ci il tarixli, **********620100 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 03.02.2021-ci il tarixli, **********461600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X5, hazırki qanuni təmsilçi isə X6r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 Abşeron rayonu Saray qəsəbə ərazi dairəsi Saray qəsəbəsində, Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhərində, Hüseynova (Şamilova) Günel Vaqif qızı Sumqayıt şəhəri Mik-17, 60 saylı evin 63 saylı mənzilində, Həsənli X4 rayonu Saray qəsəbəsi M.Müşfiq küçəsində qeydiyyatdadır. Məhkəmə mübahisənin mahiyyəti üzrə düzgün həlli üçün aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 Nikoyl İKB ASC ilə bağladığı 23.09.2013-cü il tarixli 4-M-1-0- 964-13 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə qaytarmaq, illik 30 faiz ödənilmək şərtilə 7500 ABŞ dolları, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə isə 36 ay müddətinə qaytarmaq, illik 18 faiz ödənilmək şərtilə 5480 ABŞ dolları kredit götürmüşdür. Sözügedən kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu olaraq, zaminlik müqavilələri bağlanmış, belə ki, 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh2, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə isə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 bağladıqları zaminlik müqavilələri əsasında borclu-Cavabdeh1 öhdəliklərinin icrasına zamin dayanmışlar. Kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyindən tərəflər arasında kredit müqavilələrinin mübahisələndirilməsinə dair müxtəlif məhkəmə çəkişmələri olmuşdur. Belə ki, mülki iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli 2(012)-195/2019 saylı qətnaməsi ilə, Cavabdeh1 ümumilikdə cəmi 1103.71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, lakin sözügedən borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşdüyündən Sumqayıt Apellyasiya Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(105)- 2695/2019 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-195/2019 saylı 13.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Nikoyl İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Digər kredit müqaviləsi yəni, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(012)-508/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi və onun əsasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik və girov müqavilələri etibarsız hesab olunmuş, sözügedən məhkəmə qətnaməsi isə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlar əsasında qüvvədə saxlanılmışdır. Beləliklə də, hazırda, iddiaçı Yelobank ASC həmin kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları borcun, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə 843.03 ABŞ dolları əsas, 1489.85 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq, 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14.09.2020-ci il tarixli 2(012)-508/2020 saylı qətnaməsi ilə etibarsız hesab edildiyi halda, iddiaçı Yelobak ASC həmin kredit müqaviləsi üzrə 843.03 ABŞ dolları əsas, 1489.85 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 07.01.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 443 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 3775.88 ABŞ dolları borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qanunun və Plenum Qərarının tələblərinə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14.09.2020-ci il tarixli 2(012)-508/2020 saylı qətnaməsi ilə etibarsız hesab edildiyindən, etibarsız hesab edilmiş əqd bağlandığı andan etibarsız olduğundan, onun etibarsızlığı ilə bağlı yaratdığı nəticələr istisna olmaqla, hər hansı hüquqi nəticələrə səbəb olmadığından və ən nəhayətində, etibarsız hesab edilmiş kredit müqaviləsi üzrə borcun tutulması qanunla istisna edildiyindən iddia ərizəsi 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə, eyni zamanda, iddiaçı Yelobank ASC-nin 23.09.2013-cü il tarixli 4-M-1-0- 964-13 saylı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Beləliklə də, cavabdehlərin 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmələri nəticəsində banka 23.09.2013-cü il tarixli 4- M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə 1089.57 ABŞ dolları faiz və 14.14 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1103.71 ABŞ dolları borcunun yaranması və bununla da, iddiaçı Yelobank ASC-nin iddia tələbinin əsaslı olması müəyyən edilsə də, məhkəmə Cavabdeh1 iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, bu da iddia ərizəsinin təmin edilməməsinə əsasdır: Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Eyni zamanda, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar iddia ərizəsinin rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 Nikoyl İKB ASC ilə bağladığı 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla həmin müqavilənin müddəti 23.09.2015-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 2015-ci və 2019-cu ildə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, 23.09.2013-cü il tarixli 4-M-1-0-964-13 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 2015-ci ildən başlamış və 2019-cu ilədək davam etmişdir. Kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən 3 ildən artıq vaxt keçmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 14.07.2021-ci il tarixdə müraciət etdiyindən və müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi, iddiaçı Yelobank ASC qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq, iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-270/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-270/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver