Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2701/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 28 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 2000 (iki min) manat maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan evdə X1 vasitəçiliyi ilə tanış olduğu Cavabdeh həmin sözü gedən ünvan üçün MDF materiallı və iddiaçının seçdiyi dizaynda mətbəx, yataq otağı (çarpayı, çarpayı üstünə yığılmış dolablar, çarpayının hər iki yanına balaca dolab yəni tumba, 2 qapılı böyük paltar dolabı və güzgü) və dəhliz mebeli hazırlasın deyə ümumi olaraq 4500 (dörd min beş yüz) manat olmaqla ilkin ödəniş kimi 2000 (iki min) manat pul vermişdir. Pulun qalan hissəsini yəni 2500 (iki min beş yüz) manat isə bütün mebellər gətirildikdən sonra verəcəyi ilə bağlı razılaşmışlar. Cavabdeh isə öz növbəsində iddiaçıdan həmin məbləği almış və üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə söz vermişdir. Mebellərin hansı dizaynda olması isə həm sözü gedən ünvanda üzbəüz danışılaraq, həm də "Whatsap" sosial şəbəkəsində həmin mebellərin şəkillərinin göndərilməsi və Tanarverdiyevin bu mebelləri tələb olunan dizaynda hazırlayacağını öhdəsinə götürməyinin nəticəsində razılığa gəlinmişdir. Tanarverdiyev MDF materiallı, seçdiyi dizaynda və keyfiyyətli formada hazırlamalı olduğu mebelləri həm natamam formada (yəni dəhliz, yataq otağı mebellərini gətirmədən) və aldadaraq preslənmiş taxtadan (apilkadan) hazırlayaraq gətirərək işini düzgün formada görməmiş və iddiaçıya 2000 (iki min) manat miqdarında zərər vurmuşdur. İddiaçı ona natamam şəkildə gətirdiyi malları geri aparmasını və pulunu geri qaytarmasını tələb etsə də o, sonradan telefonlarıma cavab verməmiş və maddi ziyanını qarşılamamışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o iddiaçının qonşusudur, yaxın qonşuluq münasibətləri vardır. İddiaçının Cavabdeh ilə tanışlığına vasitəçilik etmişdir. Belə ki, cavabdeh tərəfindən onun evi üçün mebellər düzəlmişdir.Mebelləri yar-yarımçıq düzəltmişdir. İddiaçı onun evində mebelləri görüb bəyənərək öz evi üçün sifariş vermək istədiyini bildirmişdir. O da cavabdehi mebellərin ölçülərini götürmək üçün iddiaçının evinə gətirmişdir. İddiaçı onun yanında cavabdehə mebel sifarişi verərək ilkin olaraq 2000 manat da pul vermişdir. Bundan sonra cavabdeh ilə neçə dəfələrlə əlaqə saxlasalar da telefonuna cavab verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh tərəfindən ona vurulmuş 2000 (iki min) manat maddi ziyanın ödənilməsini məhkəmədən xahiş etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə dindirilmiş şahidin ifadəsi isə mötəbər sayıla bilməz.Belə ki, həmin şahidin ifadəsindən göründüyü kimi onun özü üçün mebeli də cavabdeh yaryarımçıq vəziyyətdə düzəltmişdir.Bu halda həmin cavabdehi iddiaçı üçün mebel sifarişi üçün məsləhət görməsi halı başadüşülən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2701/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2701/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver