Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2707/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «alimentin azaldılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi nikahlarından olan 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 21 may 2018-ci il təvəllüdlü X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun, yəni hər bir uşaq üçün hər ay üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram göndərərək bildirmişdir ki, himayəsində azyaşlı uşaqları olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2016-cı ildə ailə qurmuş, nikahlarını 18 yanvar 2016-cı il tarixində rəsmiləşdirmişlər. Onların 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 21 may 2018-ci il təvəllüdlü X10 adlı iki övladı vardır. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehla münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Belə ki, Cavabdeh ona və uşaqlara qarşı olan şiddətli münasibəti, qayğısızlığı nəticəsində faktiki olaraq ayrılmışlar və 01 fevral 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Bundan başqa tərəfindən aliment tələbinə dair iddia ilə də məhkəməyə müraciət edilmiş və Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə övladlarının saxlanılması üçün hər birinə 170 manat olmaqla aliment müəyyən edilmişdir. Uşaqlar böyüyür, gündəlik tələbləri artır, böyük uşaq məktəbə, kiçik uşaq məktəbə hazırlıq kurslarına gedir. Bundan başqa uşağın xəstəliyi var və tənəffüs yollarının kəskin bronxit xəstəliyindən əziyyət çəkir. Uşağın müalicə və müayinə üçün anbaan və davamlı müalicəyə ehtiyacı varki, bütün bunlarda böyük xərclərlə əmələ gəlir. Həmçinin yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 220 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh atasıdır. Belə ki, Cavabdeh İddiaçı ilə xx.xx.2016-cı il ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı iki övladı olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat alimentin tutulması qət edilmişdir. İddiaçı ikinci dəfə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılaraq Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2023-cü il üçün qanuna əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun, yəni hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulmasını xahiş etmişdir. AR Konstitusiyasının 17ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hər iki tərəf uşaqlarının saxlanmasında bərabər hüquqlara malikdir. Uşaqlara görə kəsilən alimenti o, öz pensiyası ilə ödəyir. Övladı Cavabdeh isə işləmir. Odur ki, maddi vəziyyətləri çox pisdir. Həmçinin Cavabdeh xx.xx.2019-cu il tarixdə, yenidən rəsmi nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuş və xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X16 adlı övladları da vardır. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə,aliment özdənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birininn ailə və ya maddi vəziyyətdə dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun. AR ailə qanunvericiliyinin aliment miqdarının azaldılması və artırılması hallarını nəzərdə tutarkən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərdə tutulmalıdır. Məhkəmə aliment müəyyən edərkən valideynin ailə vəziyyətinə onun başqa uşaqlarının da olmasını və ya başqa şəxsləri də saxlamasını nəzərə ala bilər. Belə ki, qanunvericiliyin tələbinə görə aliment tələb olunan şəxsin digər tərəfə aliment ödəməsi üçün zəruri vəsaitinin olması əsas şərtdir. Qeyd etdiyi kimi Cavabdeh maddi vəziyyətində artırılma yox, azalma baş vermişdir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin maddənin 4-cü bəndinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valildeynlərdən məhkəmə qaydasında tutulur. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə tutulan 170 manat olmaqla, cəmi 340 manat alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment müəyyən edilməsini məhkəmədən tələb edir. Qeyd edilənlərə əsasən, o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İİİ № 878910 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 17 dekabr 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İV № 125915 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 21 may 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 324049 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında olan rəsmi nikah ləğv edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-241/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından olan 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 21 may 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat olmaqla, 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-241/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahlarından olan 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 21 may 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İV № 447687 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 07 aprel 2020-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X8r. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN Xidmət” X9 tərəfindən verilmiş AZ-İV № 821363 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 26 oktyabr 2022-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X8r. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da iki yetkinlik yaşına çatmayan uşağı vardır. Həmçinin İddiaçı məhkəməyə Cavabdeh maddi durumundan dəyişikliklərin olması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, alimentin artırılması cavabdehin hazırki durumu ilə heç cür uyğunlaşmır və bu səbəbdən alimentin artırılması mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan əlavə Cavabdeh qarşılıqlı iddia ərizəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş etmiş,lakin məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması uşaqların üstün mənafeyinə uyğun olmadığından qarşılıqlı iddia ərizəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh rəsmi nikahlarından olan 17 dekabr 2016-cı il təvəllüdlü X4 və 21 may 2018-ci il təvəllüdlü X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun, yəni hər bir uşaq üçün hər ay üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməsinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı Abşeron Rayon Məhkəməsinin 2(012)-773/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2707/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2707/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver