Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2713/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 07.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner üçün 279 manat ödənilməmiş hissə, 22.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********7045 olan Samsung Galaxy A20 markalı telefon üçün 209.99 manat ödənilməmiş hissə, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefon üçün ümumilikdə 588.1 manat borc ödənilməmiş hissə, ümumilikdə 1077 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1107 manatın Cavabdeh alınaraq ABC X3 Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(012)-2713/2021 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 07.06.2019-cu il tarixli 00708726 nömrəli, 22.07.2019-cu il tarixli 00798810 nömrəli və 07.09.2019-cu il tarixli 00895436 nömrəli müqavilələr üzrə cəmi 1077 manat pulun ABC X3 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Borclu Kazımov X5 Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(012)-2713/2021 saylı məhkəmə əmrinə etiraz edərək həmin əmrin ləğv edilib işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(012)- 2713/2021 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)-2713/2021 saylı məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ABC Telecom MMC ilə 07.06.2019cu il, 22.07.2019-cu il, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner, İMEİ Kodu **********70455 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefon almış və nəticədə 1077 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, 07.06.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1585 manat olan (18 ay x 88 manat + 1 manat ilkin ödəniş) Hoffmann kondisioner üçün ümumilikdə 279 manat, 22.07.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 612 manat olan (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********70455 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 209.99 manat, 07.09.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 888 manat olan (12 ay x 74 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefon üçün ümumilikdə 588.1 manat borcu yaranmışdır. Cavabdeh 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefonu 07.01.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 299.99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2008 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı ABC Telecom MMC ilə alqı-satqı müqavilələri bağlamış, 07.06.2019-cu il tarixli 00708726 nömrəli müqaviləyə əsasən, ABC Telecom MMC-dən 08.07.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək hər ay 88 manat ödəniş etmək şərtilə Hoffmann kondisioner, 22.07.2019-cu il tarixli 00798810 nömrəli müqaviləyə əsasən 22.08.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək hər ay 34 manat ödəniş etmək şərtilə Samsung Galaxy A20 markalı telefon, 07.09.2019-cu il tarixli 00895436 nömrəli müqaviləyə əsasən isə 15.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək hər ay 74 manat ödəniş etmək şərtilə Sony Xperia XA2 Ultra markalı telefon almışdır. Ondan tutulan borclar şişirdilmiş və yüksək məbləğdə göstərilərək ondan tutulması tələb olunmuşdur. Hətta 07.09.2019-cu il tarixli 00895436 nömrəli müqavilə üzrə ona verilmiş Sony Xperia XA2 Ultra markalı telefon istehsalında problem olduğundan özlərinə təhvil vermişdir ki, həmin müqavilə üzrə də ondan pul tələb edilməsi əsassızdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli 00708726 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 08.07.2019-cu il tarixdən 08.12.2020-ci il tarixədək hər ay 88 manat ödəniş etmək şərtilə Hoffmann kondisioner almışdır. -07.06.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00708726 nömrəli müqaviləyə əsasən Hoffmann kondisioneri ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 22.07.2019-cu il tarixli 00798810 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 22.08.2019-cu il tarixdən 22.01.2021-ci il tarixədək hər ay 34 manat ödəniş etmək şərtilə Samsung Galaxy A20 markalı telefon almışdır. -22.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00798810 nömrəli müqaviləyə əsasən Samsung Galaxy A20 markalı telefonu ABC Telecom MMCdən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2019-cu il tarixli 00895436 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 15.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək hər ay 74 manat ödəniş etmək şərtilə Sony Xperia XA2 Ultra markalı telefon almışdır. -07.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00895436 nömrəli müqaviləyə əsasən Sony Xperia XA2 Ultra markalı telefonu ABC Telecom MMCdən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC-nin 02.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 07.06.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1585 manat olan (18 ay x 88 manat + 1 manat ilkin ödəniş) Hoffmann kondisioner üçün ümumilikdə 279 manat, 22.07.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 612 manat olan (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********70455 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 209.99 manat, 07.09.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 888 manat olan (12 ay x 74 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefon üçün ümumilikdə 588.1 manat borc yaranmışdır. -ABC Telecom MMC-nin 24.02.2020-ci il tarixli xəbərdarlığından görünür ki, ABC Telecom MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. -ABC Telecom MMC-nin 02.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Kazımov X5 rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)-2713/2021 saylı məhkəmə əmri çıxdığı gündən bu günə qədər 158 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh məhkəmə əmri üzrə qalıq borcu 919 manat təşkil edir. 07.09.2019-cu il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefonu 07.01.2021-ci il tarixdə (yəni məhkəməyə iddia verilməmişdən qabaq) qaytarılmış məhsul 299.99 manat qiymətləndirilərək borcundan çıxılmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 24.04.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Kazımov X5 rayonu Xırdalan şəhəri Z.Bünyadov küçəsi 10A saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı ABC Telecom MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Hoffmann kondisioner, Samsung Galaxy A20 markalı telefonu, İMEİ Kodu **********35424 olan Sony Xperia XA2 Ultra markalı telefonu almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara və ABC Telecom MMC-nin təqdim etdiyi 02.08.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçı ilə bağladığı alqı-satqı müqavilələrinə əsasən ümumi borcundan 158 manat ödəniş etməsi, qalıq borcundan 919 manat borcunun qalması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının iddia tələblərini 919 manat borcun tutulması hissəsində əsaslı hesab edib iddia ərizəsinin qismən təmin edilməsi qərarına gəlir. İş materiallarında olan 03.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 919 (doqquz yüz on doqquz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 949 (doqquz yüz qırx doqquz) manat pul vəsaiti ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2713/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2713/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver