Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2717/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1084 (min səksən dörd) manat ödənilməmiş hissə, 319 (üç yüz on doqquz) manat dəbbə, cəmi 1403 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən PLAYSTATlON-4 SONY markalı playstation üçün 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə, 405 ( dörd yüz beş) manat dəbbə pulu, cəmi 1755 manat, ümumilikdə 3158 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3188 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci i! və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor və PLAYSTATİON-4 SONY markalı playstation almış və nəticədə 3158 (üç min yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1538 (min beş yiiz otuz səkkiz) manat (18 ay x 16 manat +170 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün 1403 (min dörd yüz üç) manat olmaqla ondan, 1084 (min səksən dörd) manat ödənilməmiş hissə, 319 (üç yüz on doqquz) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1352 (min üç yüz əlli iki) manat (18 ay x 75 manat + 2 manat ilkin ödəniş) olan PLAYSTATİON-4 SONY markalı playstation üçün 1755 (min yeddi yüz əlli beş), manat olmaqla ondan, 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə, 405 (dörd yüz beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 456 manat təşkil edir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyinə məhkəmə bildirişi göndərilmiş, cavabdeh nümayəndəliyə dəvət edilərək bildiriş ona təqdim edilmiş, lakin o, məhkəmə iclasına gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00185100 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən 18 aya 76 manat aylıq hissə-hissə ödəmək şərti ilə olan Samsung LED markalı televizor almışdır. -xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh K00185100 nömrəli müqaviləyə əsasən Samsung LED markalı televizoru “xxxxxxxxxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00251285 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən 18 aya 75 manat aylıq hissə-hissə ödəmək şərti ilə PLAYSTATİON-4 SONY markalı playstation almışdır. -xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh K00251285 nömrəli müqaviləyə əsasən PLAYSTATİON-4 SONY markalı playstationu “xxxxxxxxxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 456 manat ödəniş etmiş, nəticədə onun aldığı Samsung LED markalı televizor üçün 1084 (min səksən dörd) manat ödənilməmiş lıissə, 319 (üç yüz on doqquz) manat dəbbə pulu, PLAYSTATİON-4 SONY markalı playstation üçün 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə, 405 (dörd yüz beş) manat dəbbə pulu olmaqla, iddiaçıya olan borcu cəmi 3158 (üç min yüz əlli səkkiz) manat təşkil etmişdir. -xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, “xxxxxxxxxxx” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir müddətdə ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissəhissə ödəmək şərti ilə Samsung LED markalı televizor, PLAYSTATİON-4 SONY markalı playstation almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyindən ona müqavilə şərtlərinə uyğun olaraq hər iki müqavilə üzrə əsas borca dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2018-ci il tarixli K00185100 nömrəli müqavilə üzrə 1084 (min səksən dörd) manat ödənilməmiş hissə üzrə hesablanmış 319 (üç yüz on doqquz) manat məbləğində cərimənin azaldılaraq 10 (on) manat məbləğində, xx.xx.2018-ci il tarixli K00251285 nömrəli müqavilə üzrə 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə üzrə hesablanmış 405 (dörd yüz beş) manat məbləğində cərimənin azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM); 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Samsung LED markalı televizor üçün 1084 (min səksən dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, PLAYSTATİON-4 SONY markalı playstation üçün 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla cəmi 2454 (iki min dörd yüz əlli dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samsung LED markalı televizor üçün 1084 (min səksən dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, PLAYSTATİON-4 SONY markalı playstation üçün 1350 (min üç yüz əlli) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla cəmi 2454 (iki min dörd yüz əlli dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə cəmi 2484 (iki min dörd yüz səksən dörd) manat Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2717/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2717/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver