Məhkəmə qərarları › İş №2(012)-2720/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2720/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2720/2020 22.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Samsung üçün 954 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu olmaqla cəmi 1240 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon üçün 2543 manat ödənilməmiş hissə, 477 manat dəbbə pulu olmaqla, cəmi 3020 manat olmaqla ümumilikdə 4260 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Soyuducu Samsung, İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon almış və 4260 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2385 manat olan Soyuducu Samsung üçün 954 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu, alğı-satqı qiyməti 2862 manat olan İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon üçün 2543 manat ödənilməmiş hissə, 477 manat dəbbə pulu, olmaqla ümumilikdə 4260 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1750 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 00310986 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Soyuducu Samsung almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00630688 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Soyuducu Samsung üçün X1 954 manat ödənilməmiş məbləğ və 286 manat dəbbə pulu, İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon üçün 2543 manat ödənilməmiş hissə, 477 manat dəbbə pulu olmaqla ümumilikdə 4260 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 00310986 saylı və xx.xx.2019-cu il tarixli, 00630688 saylı alğı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2018-ci il tarixli, 00310986 saylı və xx.xx.2019-cu il tarixli, 00630688 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alğı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2018-ci il tarixli, 00310986 saylı müqaviləyə əsasən, Soyuducu Samsung üçün hesablanmış 286 manat məbləğində cərimə pulu cavabdehin maddi durumunu daha da ağırlaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, xx.xx.2019-cu il tarixli, 00630688 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon üçün hesablanmış 477 manat məbləğində cərimə pulu isə 15 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Samsung üçün 954 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********04293 olan İPhone X markalı telefon üçün 2543 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, ümumilikdə 3522 (üç min beş yüz iyirmi iki) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar