Məhkəmə qərarları › İş №2(012)-2721/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2721/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2721/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə Lenovo markalı notbuk üçün 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 712 (yeddi yüz on iki) manat dəbbə, ümumilikdə 3085 (üç min səksən beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3115 (üç min yüz on beş) manat alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı «xxxxxxxxxxx» MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İMEİ Kodu **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq üçün 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 712 (yeddi yüz on iki) manat dəbbə pulu, ümumilikdə 3085 (üç min səksən beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3115 (üç min yüz on beş) manat alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq almış və nəticədə 3085 (üç min səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2563 (iki min beş yüz altmış üç) manat (12 ay x 198 manat + 187 manat ilkin ödəniş) Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq üçün ümumilikdə 3085 (üç min səksən beş) manat borc olmaqla, ondan 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 712 (yeddi yüz on iki) manat (1.98 manat x 360 gün) dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 190 manat təşkil edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00648002 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, 12 aya 198 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı İMEİ **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıqa görə cavabdeh hal-hazıra qədər 190 manat ödəniş etmiş, alqı-satqı qiyməti 2563 (iki min beş yüz altmış üç) manat olan İMEİ Kodu **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq üçün cəmi 3085 (üç min səksən beş) manat borc olmaqla, ondan 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 712 (yeddi yüz on iki) manat (1.98 manat x 360 gün) dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc təşkil etmişdir. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********67095 Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıqı tam qüsursuz halda təhvil almışdır. -“xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür “xxxxxxxxxxx” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcunu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müştəri Cavabdeh xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixinədək hər ay 198 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərəritvurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla rnəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq almış lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş və nəticədə əsas borca dəbbə pulu hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (dəbbə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2019-cu il tarixli 00648002 saylı müqavilə üzrə 2373 (iki min üç yüz yetmiş üç) manat məbləğində ödənilməmiş hissə üzrə hesablanmış 712 (yeddi yüz on iki) manat məbləğində dəbbəni azaldılaraq 10 (on) manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00648002 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********67095 olan Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq üçün 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, (1.98 manat x 360 gün) (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) manat borc olmaqla, cəmi 2383 (iki min üç yüz səksən üç) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00648002 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********67095 olan Samsung Galaxy S10+DUAL, SAMSUNG Galaxy Buds markalı qulaqcıq üçün 2373 (iki min üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, cəmi 2383 (iki min üç yüz səksən üç) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2413 (iki min dörd yüz on üç) manat pul vəsaiti Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar