Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2725/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cu məətəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Avro Qrand” MMC tərəfindən Cavabdeh Nuhu oğlu və qeyrisinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırılaraq, İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cıı məıtəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi xahiş edilmişdir. İddia tələbi əsaslandırılarkən göstərilmişdir ki, 2014-cti ilin ortalarında müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhərində 5 ədəd tək bloklu 12 mərtəbəli binanın tikintisi üçün torpaq sahəsi götürülərək yüksək mərtəbəli binanın tikintisinə başlanılmışdır. Həmin vaxt torpaq sahəsinin sahibi ilə X1 vasitəsilə tanış olunmuşdur. Tanışlıqdan sonra qarşı tərəflə razılaşma olduğundan vasitəçiliyə görə tikiləcək binada Elxan Babayevə 3 otaqlı mənzil veriləcəyinə vəd verilmiş, bu məqsədlə tikinti işləri başladıqdan sonra vəd verilmiş 3 otaqlı mənzil onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtl Elxan Babayev şirkətə miitamadi gedib-gəlmiş və həmin ərəfələrdə bildirmişdir ki, inşa olunan binada pulu ödənilmək şərti ilə daha 2 mənzil lazımdır. Elxan Babayevi tanıdığından ona etiraz edilməmişdir. Elxan Babayev mənzillərə görə ödənişi dərhal edə bilməyəcəkiərini, ödənişi tədricən edə biləcəklərini bildirmiş, eyni zamanda onun tikinti sektorunda əlaqəsinin olduğunu bildirərək, tikintiyə lazım olan tikinti materiallarını verəcəyini vəd etmişdir. Aralarında şifahi razılaşma olduqdan sonra Elxan Babayev 2 şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Həmin vəsiqələrdən biri onun qızı Babayeva Röya Elxan qızı, digəri isə qardaşı Cavabdeh Nuhu oğluna məxsus olmuşdur. Elxan Babayev mənzillərə dair müqavilə yazıldıqdan sonra 1 il 6 ay müddətinə ödənişləri başa çatdırılacağını bildirmişdir. Bu məqsədlə xx.xx.2014-cü il tarixli müqavilə əsasında Babayeva Röya Elxan qızının adına Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın ”A” girişi, 6-cı mərtəbəsindəki 33 saylı, sahəsi 129.13 kv.metr, dəyəri 64565 manat olan mənzil və Cavabdeh Nuhu oğlunun adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki 49 saylı, sahəsi 125.78 kv.metr, dəyəri 62890 manat olan mənzil üzrə alqı-satqı müqavilələri bağlanılmışdır. Qeyd edilən mənzillər üzrə ödənişlər 2015-ci ilin dekabr ayının 23-nə qədər yekunlaşmalı idi. Həmin müddət ərzində nə Elxan Babayev, nə də adlarına mənzil rəsmiləşdirilmiş şəxslər tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Alqı-satqı zamanı adlarına mənzil rəsmiləşdirilmiş şəxslər prosesdə iştirak etməmiş, müqavilələr Elxan Babayevə olan inam nəticəsində bağlanılmışdır. İş mahiyyəti üzrə araşdırılan zaman Cavabdeh apellyasiya məhkəməsinin iclasında iştirak edərək verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzillə bağlı onunla müqavilə bağlanılsa da, onun tərəfındən qeyd edilən mənzilin alınmadığı, mənzilin alınması üçün iddiaçıya müraciət etmədiyini, həmin mənzillərin dəyərinin əvəzi olaraq qardaşı Elxan Babayev tərəfindən iddiaçıya tikinti materialları veriləcəyini bildirmişdir. İşin araşdırılması zaman məhkəmədə izahat vermiş şahidlər iddia tələbinə uyğun izahat vermiş, Elxan Babayevin Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə həbs edildiyi, mübahisə üzrə hər hansı bir münasibət bildirməkdən imtina etdiyi müəyyən edilmişdir. İşə baxılan zaman 1-ci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən iddia tələbi təmin edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin qənaətinə əsasən, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlərdə istinad olunan normaların əsas dispozitiv şərtləri baxımından yanaşıldıqda, həmin mənzillə bağlı imzalanmış müqavilənin etibarsızlığı üçün əsasların müəyyən edilmədiyi, mənzilin dəyərinin cavabdeh tərəfindən həqiqətən də ödənilməməsi müqavilənin etibarsızlığına deyil, ləğvi üçün əsas ola bilməsi qeyd edilmişdir. Aparılmış məhkəmə araşdırmaları zamanı təsdiq olmuşdur ki, İddiaçı’ MMC ilə Cavabdeh Nuhu oğlu arasında mübahisəli mənzilin satılması ilə bağlı tərəflərin iradə ifadəsi mövcud olmamış, qeyd edilən mübahisəli mənzil və müqavilə üzrə hər hansı bir məbləğdə pulun ödənilməsi və Elxan Babayev tərəfindən mənzilin dəyəri həddində verilmiş vədə uyğun olaraq tikinti materiallarının verilməsi təsdiqini tapmamış və bu xüsusat iş materiallarında olan sənədlər, şahid ifadələri və Cavabdeh etirafı ilə təsdiq edilmişdir. Buna görə də iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, mənzilə görə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda həmin mənzildə cavabdeh yaşayır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, mübahisəli mənzildə artıq 3 ildir ki, yaşayır. Mənzili alarkən bir dəfəyə 62090 manat vəsaiti İddiaçı’ MMC-yə ödəmişdir. Cəmiyyət tərəfindən ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. O vaxt məlum ərizəni hədə-qorxu gəlindiyi üçün yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan mənzil alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzili 62890 manata Cavabdeh satmışdır. Bu barədə İddiaçı MMC tərəfindən Cavabdeh eyni tarixli maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)- 4696/2016 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı MMC ilə Babayeva Röya Elxan qızı arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlər Babayeva Röya Elxan qızı və Cavabdeh Nuhu oğlundan müştərək qaydada tutularaq “Avro Qrand" MMC-ə ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(105)-2724/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi təmin edilmiş, Avro Qrand” MMC ilə Babayeva Röya Elxan qızı arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi və İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, tərəflərin ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)-2536/2018 saylı qərarından görünür ki, cavabdeh Babayeva Röya Elxan qızının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)- 2541/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh Babayeva Röya Elxan qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh Nuhu oğluna aid hissədə təmin edilmiş, “Avro Qrand" MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2(102)- 2375/2020 saylı qərarından görünür ki, Cavabdeh Nuhu oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)-2541/2018 saylı qətnaməsi Cavabdeh Nuhu oğlunun kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni iddia tələbinin İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)- 2423/2020 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsi Cavabdeh aid hissədə ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh Nuhu oğluna qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(102)-3169/2021 saylı qərarından görünür ki, İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)- 2423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, qardaşı Elxan Babayevin və onun qızı Röya Babayevanın İddiaçı MMC-yə qarşı onun adından verilmiş iddia ərizəsindən xəbəri olmadığından həmin tələb üzrə iddia ərizəsini qəbul etmir. Odur ki, Xanlar Cəfərovdan heç bir tələbi yoxdur, belə ki, həmin mənzillər üçün qardaşı Elxan Babayev və onun qızı Röya Babayeva tərəfindən heç bir ödəniş edilməmişdir, yalnız ödənişə söz verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısı barədə 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan İddiaçı MMC bu müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırmış və son nəticədə çoxsaylı məhkəmə aktları ilə bu iddia təmin edilməmişdir. Bununla belə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir vəsait ödənilməmişdir. Bu halı Cavabdeh məhkəməyə verdiyi xx.xx.2017-ci il tarixli ərizəsi bir daha təsdiq edir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzilə görə Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir vəsait ödənilmədiyindən müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə Cəmiyyətin tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. İşdən görünür ki, Cavabdeh tərəflər arasındakı razılaşmaya əməl etməmiş, daşınmaz əmlaka görə razılaşdırılmış məbləği iddiaçıya ödəməmişdir. Bu fakt həm iş materialları, habelə cavabdehin xx.xx.2017-ci il tarixli ərizəsi ilə tamamilə təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21ci məhəllədə inşa olunan binanın C girişi, 10-cıı məıtəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilməli və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cu mərtəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısına dair İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilsin və mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2725/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2725/2024
03.07.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver