Məhkəmə qərarları › İş №2(012)-2732/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2732/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2732/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1256/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 20 fevral 2014-cü il təvəllüdlü X4 və 14 mart 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 250 manat olmaqla ümumilikdə 500 manat məbləğində alimentin tutularaq ona öfdənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2010-cu ildə ailə qurmuş və nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 fevral 2014-cü il təvəllüdlü X4 və 14 mart 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh ilə xeyli müddətdir ayrı yaşayırlar, uşaqların hər ikisi onun himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(012)-1256/2021 saylı qətnaməsinə əsasən övladlarının saxlanması üçün Cavabdeh hər bir uşaq üçün hər ay 130 manat olmaqla, ümumilkdə 260 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi hazırki vaxtın tələblərinə cavab vermir. Belə ki, həmin aliment məbləği uşaqların normal yaşaması üçün, gündəlik yeməyə, paltara, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə kifayət etmir. Hazırda uşaqlar böyümüşdür, cavabdeh uşaqların saxlanmasına əlavə yardım göstərmir. Halbuki cavabdeh fərdi əməklə məşğuldur, imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, himayəsində yaşlı atası vardır. Bundan əlavə banka kredit borcu da vardır. Qarşı tərəf isə fərdi əməklə məşğuldur. O, şirkətdə sürücü işləyir və aylıq əmək haqqı 900 manat təşkil edir. Odur ki, o, iki uşağa görə hər ay aylıq maaşının 1/3 hissəsi miqdarında aliment tutulmasına razıdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, təmsil etdiyi şəxs ’‘MSDİS HOLDİNG Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışır və aylıq əmək haqqının məbləği 898,29 manat təşkil edir. İddiaçının da iddia ərizəsində istinad etdiyi maddi normaya müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməvə borclu olan valideynin qazancı (gəlirin) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bır hissəsim həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması, mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qaza hissəsi kimi müəyyən edilə bilər.(Ailə Məcəlləsi 78.1-ci maddə) Göründüvü kimi, valideynin qazancı qeyri-müntəzəm, dəyişən deyil və vəsait tutulmasım tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit (gəlirin) müəyyən valideynin qazancından tutulması da mümkündür, hər hansı çətinlik də törətmir. Uşaqlar üçün məhkəmə qaydasında tutulmalı olan alimentin miqdarı Ailə Məcəlləsinin 76-cı maddəsində təsbit olunmaqdadır. Belə ki aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Qeyd olunmalıdır ki. uşaqlar anaları ilə birlikdə nənələrinə məxsus Bəıdə rayonu, Heydər Əliyev prospekti 112 ünvanında yaşamaqdadır. İddiaçı əmək qabiliyyətlidir və ödənişli əsaslarla iş tapıb işləyə bilər. Ailə qanunvericiliyinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. "Uşaqların hüquqları haqqında” Konvensiyanın maddələrinin tələblərinə uörə ata və ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Valideynlər uşaqlarla bağlı hüquq və vəzifələrini istədikləri kimi deyil, qanunda göstərildiyi kimi və bütün hallarda uşaqlarının maraqlarına uyğun gerçəkləşdirilməlidir. Qeyd olunanlara əsasən, o, cavabdehdən tutulmalı olan alimentin miqdarının cavabdehin aylıq qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 242929 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 20 fevral 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 396722 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 14 mart 2020-ci ildə Bərdə rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1256/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 20 fevral 2014-cü il təvəllüdlü X4 və 14 mart 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-də sürücü (yarım qoşqulu yanacaq daşıyan maşın) vəzifəsində işləyir və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 898,29 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdehin iş yerinə dair arayışında göstərilən əmək haqqını və işin faktiki hallarını nəzərə alaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlir və hesab edir ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün 180 manat həddində müəyyən edilməsi uşaqların üstün mənafeyinə xidmət edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1256/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 20 fevral 2014-cü il təvəllüdlü X4 və 14 mart 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar