Məhkəmə qərarları › İş №2(012)-2735/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2735/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2735/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh «xxxxxxxxx» MTK-nın sədri X7 qarşı pul tələbi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxx» MTK-nın sədri Cavabdeh İddiaçı qarşı əldən çıxmış fayda, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdeh«xxxxxxxxx» MTK-nın sədri X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də yerləşən MTK “xxxxxxxxx”-nin direktoru X3 5450 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxx» MTK-nın sədri Cavabdeh İddiaçı qarşı əldən çıxmış fayda, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, “xxxxxxxxx” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də inşa edilmiş bina 2, 29A nömrəli mənzilinə görə əldən çıxmış 24000 manat gəlir, 4526 manat maddi ziyan və 5000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumu olmaqla cəmi 33556 manat pulun İddiaçı alınaraq ona ödənilməsini və həmin mənzilə dair sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, vərəsəliklə bağlı heç bir yerə müraciət etməmiş,lakin buna baxmayaraq ilkin iddianın təmin olunması,qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxx» MTK-nın sədri Cavabdeh məhkəməyə ilkin iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsi və əlavə edilmiş sənəd surətlərinə əsasən müəyyən olunur ki, Abşeron rayonu. Xırdalan səhəri Bakı- Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş bina 2, 29A nömrəli mənzilinə dair mülki hüquq münasibətləri “xxxxxxxxx” MTK, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Səbail filialı ilə X4 arasında mövcud olmuşdur. xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən R.Fərzəliyev xx.xx.2020-ci il tarixdə ölümü ilə əlaqədar hüquq qabiliyyətinə xətm edilmişdir, iddiaçı X2 tərəfindən mərhum R.Fərzəliyevin hüquqi varisi olması barədə iş materiallarına sənəd əlavə edilmədiyinə görə və o, hazırki iddia tələbinə dair mübahisə edilən hüquq münasibətində tərəf olmadığı üçün iddia qaldımaqda hər hansı bir subyektiv hüquqa malik olmadığından ilkin iddia geri qaytarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5«xxxxxxxxx» MTK-nın sədri Cavabdeh etirazına uyğun izahat verərək göstərdi ki, əgər məhkəmə tərəfindən ilkin iddia geri qaytarılarsa və yaxud baxılmamış saxlanılarsa qarşılıqlı iddianın da geri qaytarılmasını xahiş edir və bu barədə məhkəməyə rəsmi qaydada ərizə təqdim edir. Məhkəmə ilkin iddia üzrə iddiaçını, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsini dinləyib hesab edir ki,ilkin iddia baxılmamış saxlanmalı, qarşılıqlı iddia isə geri qaytarılmalı və bu barədə ayrıca qərardadlar qəbul edilməlidir. Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki,iş materiallarından görünür ki, Abşeron rayonu. Xırdalan səhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilmiş bina 2, 29A nömrəli mənzilinə dair mülki hüquq münasibətləri “xxxxxxxxx” MTK, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Səbail filialı ilə X4 arasında mövcud olmuş, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən R.Fərzəliyev xx.xx.2020-ci il tarixdə ölümü ilə əlaqədar hüquq qabiliyyətinə xitam verilmiş, iddiaçı X2 tərəfindən mərhum R.Fərzəliyevin hüquqi varisi olması barədə iş materiallarına sənəd əlavə edilməmiş,məhkəmə iclasında da ilkin iddia üzrə İddiaçı vərəsəliklə bağlı notariat orqanına müraciət etmədiyin bildirmişdir.Belə olan halda İddiaçı hər hansı bir səlahiyyətə malik olmadan iddia ərizəsini öz adından qaldırmış və onu imzalamış, lakin mərhumun vərəsəsi kimi tanınması və səlahiyyətinin olması barədə məhkəməyə heç bir sənəd təqdim edilməişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinin tələbinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinin tələbinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar