Məhkəmə qərarları › İş №2(012)-2743/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2743/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2743/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin və digər xərclərinin qaytarılması tələbi”nə dair mülki işə 28 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) AZN dəyərində pulu, məhkəmə rusumu və digər xərclər (maddi, mənəvi, psixoloji və.s) 400 (dörd yüz) AZN olmaqla qarşı tərəfdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2021-ci ilin avqust ayında Abşeron rayonu, Hökməli qəsəbəsində işlətdiyi ərzaq mağazasını 4300 (dörd min üç yüz) AZN dəyərində ərzaq məhsulları və.s olmaqla ortaq olduğu Cavabdeh təhvil vermişdir. Lakin Cavabdeh müxtəlif bəhanələr, vədlər və qanuna uyğun olmayan hərəkətləri, danışıqları ilə həmin pulu qaytarmaqdan boyun qaçırmaq istəmişdir. İddiaçı öz növbəsində Abşeron RPİ-nin Qobu Polis bölməsinə müraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd edir ki, Cavabdeh həmin 4300 (dörd min üç yüz) AZN dəyərində ərzaq və.s məhsulları satdıqdan sonra pulunu hissə-hissə qaytaracağını ona söz versə də sonradan bunu etməkdən boyun qaçırmış və onun ünvanına nəlayiq ifadələr işlədərək qorxudmaq, öldürmək və.s hərəkətləri ilə iddiaçını hədələmişdir. Sonra isə 1300 (min üç yüz ) AZN pulu qaytarmış, lakin 3000 (üç min) pulu bu vaxta qədər qaytarmamışdır.Dəfələrlə cavabdeh iddiaçıdan vaxt istəmiş və ona müxtəlif vədlər vermiş, lakin Cavabdeh onun pulunu verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh bu yollarla varlanmaq fikrinə düşmüşdür.Bu məsələnin həlli ancaq Məhkəmə qaydası ilə həll edilməlidir. Odur ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 3000 (üç min) AZN dəyərində pulu, məhkəmə rusumu və digər xərclər (maddi, mənəvi, psixoloji və.s) 400 (dörd yüz) AZN olmaqla qarşı tərəfdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu RB-nə ərizə ilə müraciət etmiş, Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X3 - X1 şikayət ərizəsinə əsasən toplanmış HK-1/1612 nömrəli material üzrə - cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərarına əsasən - Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət. İddiaçı pulunun ödənilməsi barədə irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəmə qarşısında iddia qaldırma hüququnun olması izah edilmişdir.Həmin qərarda cavabdehin izahatından görünür ki, onun iddiaçıya 4300 manat borcunun olduğunu 1300 manatını qaytardığını və 3000 manat boclu qaldığını etiraf edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən “Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.” Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı 2021-ci ilin avqust ayında Abşeron rayonu, Hökməli qəsəbəsində işlətdiyi ərzaq mağazasını 4300 (dörd min üç yüz) AZN dəyərində ərzaq məhsulları və.s olmaqla ortaq olduğu Cavabdeh təhvil vermişdir. Lakin Cavabdeh müxtəlif bəhanələr, vədlər və qanuna uyğun olmayan hərəkətləri, danışıqları ilə həmin pulu qaytarmaqdan boyun qaçırmaq istəmişdir. İddiaçı öz növbəmdə Abşeron RPİnin Qobu Polis bölməsinə müraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd edir ki, Cavabdeh həmin 4300 (dörd min üç yüz ) AZN dəyərində ərzaq və.s məhsulları satdıqdan sonra pulunu hissə-hissə qaytaracağını ona söz versə də sonradan bunu etməkdən boyun qaçırmış və onun ünvanına nəlayiq ifadələr işlədərək qorxudmaq, öldürmək və.s hərəkətləri ilə iddiaçını hədələmişdir. Sonra isə 1300 (min üç yüz ) AZN pulu qaytarmış, lakin 3000 (üç min) pulu bu vaxta qədər qaytarmamışdır.Dəfələrlə cavabdeh iddiaçıdan vaxt istəmiş və ona müxtəlif vədlər vermiş, lakin Cavabdeh onun pulunu verməmişdir. İddiaçı hesab edir ki, cavabdeh bu yollarla varlanmaq fikrinə düşmüşdür. Odur ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ona görə də Cavabdeh 3000 (üç min) AZN dəyərində pulu, məhkəmə rusumu və digər xərclər (maddi, mənəvi, psixoloji və.s) 400 (dörd yüz) AZN olmaqla qarşı tərəfdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər hissədə sübutlar olmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat dövlət rüsumunun 30 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul, mənəvi ziyana görə 100 (yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumuna görə, cəmisi 3130 manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar