Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2744/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 200000 manat pulun və ödənilmiş 490 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən ümumi sahəsi 54,4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Notariusda olarkən Cavabdeh bildirmişdir ki, 200000 manat pulun 160000 hissəsini nağd şəkildə, 40000 manat hissəsi isə ona rəsmi qaydada ödənilməlidir. Səbəbini soruşduqda, Cavabdeh yanında olan Tural adlı şəxs bildirmişdir ki, mülkiyyətçinin tələbi belədir ki, 160000 manat hissəsi müqavilədə yazılsa, gəlir vergisi çox verməli olacaqdır, buna görə 40000 manat yazılmasın təkid edir. O məcbur qalıb razılaşmış və müqaviləyə əsasən Cavabdeh 40000 manat məbləğində pulu köçürmə yolu ilə, 160000 manat hissəsini isə nağd şəkildə vermişdir. Alqı-satqıdan sonra İddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********55-05101-083001 nömrəli reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. X1 Aygün Həmid qızı, Cavabdeh və X9 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1184/2022, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızı sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1184/2022 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR- İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqısatqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq edilmişdir. Bu qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı qətnaməsində alıcı İddiaçı ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Bu mənada, xx.xx.2018-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında binanın zirzəmisində yerləşən ümumi sahəsi 54.4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş və bu səbəbdən, İddiaçı tərəfindən Cavabdeh ödənilən ümumilikdə 200000 manat pul (160000 manat nağd, 40000 manat isə köçürmə yolu ilə) sonuncudan alınaraq ona geri qaytarılmalıdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi, Cavabdeh hüquqi əsas olmadan 200000 manat məbləğində pulu əldə etməklə əsassız olaraq varlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, pul məsələsinin Cavabdeh aidiyyəti yoxdur. Alqı-satqı nəticəsində əldə edilmiş 40000 manat pulu Cavabdeh S.Babayevin işçisi olmuş Tural Mirzəyevə vermişdir. X5 məhkəmə iclasında göstərdi ki, məlum alqı-satqı əməliyyatından sonra ona Cavabdeh tərəfindən heç bir məbləğ verilməmişdir. Ümumiyyətlə o, bu əməliyyatda iştirak etməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1184/2022, 13 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, X3 İddiaçı, Cavabdeh və X9 qarşı Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiq edilməsi barədə iddiası təmin edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1184/2022 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq edilmişdir. Kollegiyanın eyni tarixli qərardadı ilə iş üzrə xüsusi qərardad çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh ilə İddiaçı arasındakı öhdəlik müqaviləsində qeyd edilmişdir ki, birinci tərəf, Cavabdeh bildirir ki, X8 xx.xx.2018-ci il tarixində Bakı şəhəri 1 saylı notariat kontorunda 7E-714339 reyestr nömrəli X2 bütün əmlakına sərəncam verilməsinə dair etibarnamə almışdır. Mülkiyyətçi X2 evli və ya subay olması barədə heç bir məlumatı yoxdur. Hal-hazırda X4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ünvanında yerləşən 91 saylı binanın zirzəmisindəki qeyri-yaşayış sahəsini İddiaçı 40000 manata satır. Bununla əlaqədar bildirir ki, gələcəkdə X2 həyat yoldaşı meydana çıxarsa onun payını tam şəkildə qaytarmağı qanun qarşısında öhdəlik olaraq götürür. Alıcı İddiaçı bu barədə məlumatlandırmışdır. İkinci tərəf İddiaçı bildirir ki, hal-hazırda X4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ünvanında yerləşən 91 saylı binanın zirzəmisindəki qeyri-yaşayış sahəsini 40000 manata X2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh alır. Mülkiyyətçi X2 evli və ya subay olması barəsində Cavabdeh heç bir məlumatının olmaması ona məlumdur və alqı-satqı müqaviləsinin həmin şərtlərlə bağlanmasına etiraz etmir. Müqavilə Cavabdeh və İddiaçı tərəfindən imazalanmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən ümumi sahəsi 54,4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda müqavilə imzalanmışdır. Əmlakın satış qiyməti 40000 manat təşkil edir. İşdə olan RX ******* saylı, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı sahəsi 54,4 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədilə notariat ofisinin depozitinə 40000 manat pul qoymuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli, 370744 saylı çekin surətindən görünür ki, AZE 16324281 saylı, xx.xx.2016-ci il tarixli şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh 40000 manat vəsaiti notariat ofisinin depozitindən qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 saylı xüsusi qərardadı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq edilmişdir. Bu müqavilədən görünür ki, İddiaçı ilə X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında sahəsi 54,4 kv.metr olan mübahisəli qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda müqavilə imzalanmışdır və əmlakın satış qiyməti 40000 manat təşkil edir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, alıcı (İddiaçı) tərəfindən notariat ofisinin depozitinə qoyulmuş 40000 manat pul məhz Cavabdeh tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında imzalanmış əqd qanuni qüvvəsini almış məhkəmə aktları ilə etibarsız hesab olunduğundan Cavabdeh qəbul etdiyi pul vəsaiti İddiaçı qaytarılmalıdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, həmin əqdi imzalamaqla Cavabdeh İddiaçı hesabına 40000 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Bununla belə, işdən görünür ki, iddiaçı geri qaytarılmalı olan məbləğin 200000 manat olmasını iddia edir, lakin həmin puldan 160000 manat hissəsinin cavabdehə heç bir sənədi imzalatmadan verilməsi inandırıcı görünmür. Hər bir halda, iddiaçı iddianın bu hissədə təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianın bu hissəsini əsassız hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 40000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 210 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 210 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2744/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2744/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver