Məhkəmə qərarları › İş №2(012)-2753/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2753/2025

19.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2753/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsində qanunsuz və özbaşına olaraq yaratdıqları süni əngəl və maneələrin aradan qaldırılması, cavabdehlərin onun mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edərək hasarın söküntüsünün qanunsuz hesab edilməsi və hasarın cavabdehlərin hesabına bərpa edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsində qanunsuz və özbaşına olaraq yaratdıqları süni əngəl və maneələrin aradan qaldırılması, cavabdehlərin onun mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edərək hasarın söküntüsünün qanunsuz hesab edilməsi və hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinə cavabdehlərin müdaxilələri və özbaşınalıqlarının (həmin sahədə tikintiyə qadağa, torpaq sahəsinə daxil olarkən cavabdehlərin qanunsuz olaraq süni maneə və əngəl kimi hərəkətlərin) qanunsuz hesab edilməsi, cavabdehlərin əməkdaşlarının mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edilməklə qanunsuz olaraq sökdükləri hasarın cavabdehlərin öz vəsaitləri hesabına yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki əsas tələb cavabdehlərin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinmə barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, hər 3 cavabdeh inzibati orqan statusuna malikdir. Qüvvədə olan qanunvericiliyə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər və bu cür mübahisələrə mülki deyil, inzibati icraat qaydasında baxılır. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, İddiaçı aidiyyəti pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəmdə qanunsuz və özbaşına olaraq yaratdıqları süni əngəl və maneələrin aradan qaldırılması, cavabdehlərin onun mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edərək hasarın söküntüsünün qanunsuz hesab edilməsi və hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar