Məhkəmə qərarları › İş №2(012)-2754/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2754/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2754/2020 08.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ üçün 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, ümumilikdə 963 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ və İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 963 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 804 olan İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ üçün 332 manat ödənilməmiş hissə, 33 manat cərimə olmaqla cəmi 365 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 616 manat olan İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, cəmi 598 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 963 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə hər 2 mal üçün ümumi 544 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahat verdi ki, telefonlardan biri dostu üçün alınıb və dostu pulu vermədiyinə görə iddiaçıya borcunu ödəyə bilməyib. O qeyd etdi ki, borcu qəbul edir və yeni işə düzəldiyindən borcunu yaxın zamanlarda ödəyəcək. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, № 00374768 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ-ni qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə xx.xx.2019-cu il tarixli, № 00650882 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ üçün 332 manat ödənilməmiş hissə, 33 manat cərimə olmaqla, ümumilikdə 365 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, ümumilikdə 598 manat borcu vardır. Cavabdehin hər iki mal üçün cəmi 963 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 33 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Eyniylə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 54 manat cərimənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Hər 2 müqavilə üzrə ümumilikdə 20 manat cərimə müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ üçün 332 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 896 manat pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsl ərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37458 Samsung Galaxy J6 plus markalı telefon, Power Bank Mİ üçün 332 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46950 Samsung Galaxy A30 markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 896 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar