Məhkəmə qərarları › İş №2(012)-2759/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2759/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2759/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan Abşeron rayonu, Məhəmmədli kəndində çoxmərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 63.35 kv.m olan mənzilə görə ödədiyi 15050 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, onunla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 16.08.2008-ci ildə kooperativ yaşayış mənzilinin tikintisi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ümumi sahəsi 63.35 kv.m olan mənzil üçün 31675 manat ödəməli idi. Bunun qarşılığında cavabdeh ona Abşeron rayonu, Məhəmmədli kəndində çoxmərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 63.35 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Bu dövr ərzində tərəfindən cavabdehə 15050 manat pul vəsaiti ödənilmişdir. Artıq 10 ildən çox müddətdir ki, cavabdeh "xxxx" mənzil tikinti kooperativi tərəfindən binanın tikinitisi dayandırılmışdır. Cavabdehdən dəfələrlə tikintinin dayandırılmasının səbəbini soruşsa da, hər dəfə müxtəlif bəhanələrlə ona cavab verilməmişdir. Bu səbəbdən də, “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 16.08.2008-ci il tarixli kooperativ yaşayış mənzilinin tikilməsi haqqında müqavilədən görünür ki, alıcı İddiaçı ümumi sahəsi 63.35 kv.m olan mənzil üçün 31675 manat məbləğində pulu satıcı "xxxx" MTK-ya ödəməyi, satıcı "xxxx" MTK isə alıcı İddiaçı Abşeron rayonu, Məhəmmədli kəndində çoxmərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 63.35 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1ci maddəsinə əsasən mənzilin dəyəri 31675 manat müəyyən edilmişdir. Həmçinin müqavilədə göstərilmişdir ki, payçı İddiaçı həmin məbləğdən 10060 manat ödənilmişdir. İş materiallarında olan 17 iyul 2009-cu il tarixli "xxxx" MTK-nin qəbzindən görünür ki, müqavilə bağlandıqdan sonra 340 manat İddiaçı tərəfindən "xxxx" MTK-nə ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nin qəbzindən görünür ki, 4650 manat İddiaçı tərəfindən "xxxx" MTK-nə ödənilmişdir. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsi və vəkilini inləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə "xxxx" MTK arasında 16.08.2008-ci il tarixli kooperativ yaşayış mənzilinin tikilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, alıcı İddiaçı ümumi sahəsi 63.35 kv.m olan mənzil üçün 31.675 (otuz bir min altı yüz yetmiş beş) manat məbləğində pulu satıcı "xxxx" MTK-ya ödəməyi, satıcı "xxxx" MTK isə alıcı İddiaçı Abşeron rayonu, Məhəmmədli kəndində çoxmərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 63.35 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin dəyəri 31.675 (otuz bir min altı yüz yetmiş beş) manat müəyyən edilmişdir. Lakin 16.08.2008-ci il tarixli kooperativ yaşayış mənzilinin tikilməsi haqqında müqavilənin bağlanmasından 10 ildən çox müddət keçməsinə baxmayaraq, cavabdeh "xxxx" mənzil tikinti kooperativi tərəfindən binanın tikinitisi dayandırılmışdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 13 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin müqavilədə göstərilmişdir ki, payçı İddiaçı həmin məbləğdən 10060 manat ödənilmişdir. Daha sonra iş materiallarında olan qəbzlərə əsasən müqavilə bağlandıqdan sonra 340 və 4560 manat ödəmişdir. Beləliklə İddiaçı sözügedən mənzil üçün "xxxx" MTK-ya ümumilikdə 15050 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MTK mənzilin dəyərindən 15050 manat məbləğində pulu almasına,həmçinin həmin puldan yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, baxmayaraq ki, İddiaçı ilə "xxxx" MTK arasında 16.08.2008-ci il tarixli kooperativ yaşayış mənzilinin tikilməsi haqqında müqavilə tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı üzrə sonda iddiaçının mənzil eldə etməsi olmuş, lakin yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdeh "xxxx" MTK-in təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MTKya ödədiyi 15050 manat məbləğində pulu cavabdeh "xxxx" MTK-dan tələb etməsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə pullar və qiymətli kağızlar da əşya hesab edilirlər və mülkiyyət hüququnun obyektidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə gorə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayonu, Məhəmmədli kəndində çoxmərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 63.35 kv.m olan mənzilə görə ödənilən 15050 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar