Məhkəmə qərarları › İş №2(102)-2949/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2949/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2949/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə, Cavabdeh 1 oğlunun vəkili Abasov Nizami Novruz oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh 1oğluna, Cavabdeh2, Cavabdeh 3, mаrаqlı şəхslər X 1оğlunа və X 2 оğlunа, 3-cü şəхs X3 Ərаzi İdаrəsinə qarşı “аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, еvdəki mirаs pаyın vərəsələr аrаsındа bölünməsi” tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)12864/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh 1 oğlu və vəkili Abasov Nizami Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hаkim R.M.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh 1oğluna, Cavabdeh2, Cavabdeh 3nа, mаrаqlı şəхslər X 1оğlunа və X 2 оğlunа, 3-cü şəхs X3 Ərаzi İdаrəsinə qarşı “аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, еvdəki mirаs pаyın vərəsələr аrаsındа bölünməsi” tələbinə dair iddiasının təmin edilməsi, B. ilə Cavabdeh 1 оğlu аrаsındа 03 mart 2004-cü il tarixdə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda reyestrdə 4Ə1 № 143 n ömrəsi ilə qeydiyyata alınmaqla bağlanmış AN-İ ******* nömrəli аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin B.ndаn mirаs qаlmış ¼ hissəsinə qаnun üzrə vərəsəlik hüququ əsаsındа 2/6 hissədə Mirzəyеv Rаfiq Mirzə оğlunun 1/6 hissədə Əliyеv Rəşadət Cаnəli оğlunun, 1/6 hissədə Əliyеv Zaur Хаnəli оğlunun, 1/6 hissədə Vəkilоv Rasimağa Хаlıq оğlunun və 1/6 hissədə X 2 оğlunun pаy hüququnun müəyyən еdilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12864/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Cavabdeh 1 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1513/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh 1oğlu və Cavabdeh2, mаrаqlı şəхslər X 1оğlunа və X 2 оğlunа, 3-cü şəхs X3 Ərаzi İdаrəsinə qarşı “аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, еvdəki mirаs pаyın vərəsələr аrаsındа bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi atası Mirzə Xudat oğluna məxsus olmuşdur. Valideyinləri, yəni atası Mirzə Xudat oğlu 16 fevral 1963- cü ildə, anası Xanım Hüseyn qızı 19 noyabr 1986-cı ildə vəfat etdikdən sonra böyük q ardaşı Vəkilov Xalıq Mirzə oğlu digər vərəsələrin xəbəri olmadan Bakı şəhəri Nizami rayonu XDS İK-nə müraciət edərək 1 dekabr 1989-cu il tarixli qərarla atalаrından qalan evi bütövlükdə öz adına rəsmiləşdirmiş və Bakı şəhəri Texniki İnvetarizasiya bürosundan öz adına 1 mart 1990-cu il tarixli 30/605 nömrəli qeydiyyat şəhadətnaməsi almışdır. Bacıları B. qızı və Vəkilova Əminə Mirzə qızı bu məsələdən xəbər tutduqdan sonra məhkəməyə müraciət edərək, evin Mirzə Xudat oğluna məxsus olması, onların həmin evə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri, Nizami rayon XDS İK-nın verdiyi 1 dekabr 1989-cu il tarixli 26/3856 N-li qərarının və Texniki İnventarizasiya bürosunun verdiyi 1 mart 1990-cı il tarixli 30/605 N-li qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişl ər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh 1 oğlu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh 1 oğlu və vəkili Abasov Nizami Novruz oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsinin çı xarıldığı mülki iş üzrə iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığına dair eyni tələb üzrə iddiadan imtina etməsinə dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh 1 oğlunun vəkili Abasov Nizami Novruz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında mаrаqlı şəхslər X 1оğlu, X 2 оğlu, üçüncü şəхs X3 Ərаzi İdаrəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh 1 oğlunun vəkili Abasov Nizami Novruz oğlunun, İddiaçı, vəkili Nümayəndə izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh 1 oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Müəyyən edilmişdir ki, mübahisə ünvan 3 ünvanında yerləşən fərdi yaşay ış evi ilə bağlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 1992ci il tarixli, 3-17 N-li qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Azərbaycan Keşləsi, Qurban Sadıq küçəsi, ev 18-də yerləşən 3 otaqdan ibarət, yaşayış sahəsi 60,66 kv.metr olan evin mərhum Mirzə Xudat oğluna mülkiyyət hüququ ilə məxsus olması faktı müəyyən edilmiş, Vəkilov Bəyim Mirzə qızının, Vəkilova Əminə Mirzə qızının, Vəkilova Fatma Mirzə qızının, Vəkilov Xalıq Mirzə oğlunun və İddiaçı hər biri həmin evin 1/5 hissəsinə qanun üzrə vərəsə hesab edilmiş, evin sağ tərəfindən yerləşən sahəsi 14,66 kv.metr və 24,18 kv.metr olan iki otağı B. qızına, Vəkilova Fatma Mirzə qızına və Vəkilova Əminə Mirzə qızına, sol tərəfindən yerləşən – sahəsi 21,2 kv.metr olan bir otağı isə Vəkilov Xalıq Mirzə oğluna və İddiaçı verilmiş, Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosunun Vəkilov Xalıq Mirzə oğlunun adına verdiyi 01 mart 1990-cı il tarixli, 30/4484 №-li qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. İşdə olan Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 02 iyun 1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Az.Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsi ev 18-də yerləşən yaşayış sahəsi 21,02 kv.metr olan bir otağının ona məxsus 1/2 hissəsini Vəkilov Xalıq Mirzə oğluna bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 09.04.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X. ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi B. qızının, 1/5 hissəsi Vəkilova Əminə Mirzə qızının, 1/5 hissəsi Vəkilova Fatma Mirzə qızının, 2/5 hissəsi – 1 otaq 21,02 kv.metr Vəkilov Xalıq Mirzə oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. B. qızı ilə Cavabdeh 1oğlu arasında Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 03 mart 2004-cü il tarixli əmlakın alqı-satqı müqaviləsi imzalanmış və müqaviləyə əsasən satıcı B. qızı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 09.04.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında X. ünvanında yerləşən yaşayış sahəsi 21,02 kv.metr olan bir otaqlı mənzili 150.000.000 manata alıcı Cavabdeh 1oğluna satmışdır. İş materiallarından məlum olur ki, B. qızı 19 avqust 2006-cı il tarixdə vəfat etmişdi r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli, 2-1711/2005 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər B. qızı, Cavabdeh 1oğlu, Cavabdeh2, Maraqlı şəxs1, Maraqlı şəxs2, Bakı şəhəri 15-ci Dövlət Notariat Kontoru və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddiası təmin edilərək, İddiaçı ilə X.M.Vəkilov arasında 02 iyun 1993-cü il tarixdə Bakı şəhəri 15-ci Dövlət Notariat Kontorunda bağlanmış X. ünvanında yerləşən sahəsi 21,2 kv.m olan bir otağının 1/2 hissəsinin bağışlanmasına dair müqavilə və Bakı şəhəri Tİ və MHQ İdarəsində həmin müqavilə əsasında X.M.Vəkilovun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, evin həmin hissəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, Bakı şəhəri 15-ci dövlət notariat kontorunda 09 iyul 2004-cü il tarixdə 2V-116 reyestr nömrəsi ilə qeydə alınmış Vəkilova Əminə Mirzə qızının ölümündən sonra miras qalmış X. ünvanında yerləşən yaşayış sahəsi 38,84 kv.m olan 2 otaqdan ibarət əmlak payına Cavabdeh 1oğlunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Bakı şəhəri Tİ və MHQ İdarəsində həmin şəhadətnamə əsasında Cavabdeh 1oğluna verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 06 yanvar 2003-cü il tarixdə vəfat etmiş Vəkilova Əminə Mirzə qızının ölümündən sonra X. ünvanında yerləşən miras qalmış evin 1/5 hissəsinə İddiaçı, B. qızının, X1, Cavabdeh 1oğlunun vərəsəlik hüquqlarının tanınması və həmin evin 2/40 hissəsinə İddiaçı, 2/40 hissəsinə B.M.Vəkilovanın, 2/40 hissəsinə F.M.Məmmədovanın, 2/40 hissəsinə Cavabdeh1 mülkiyyət hüquq larının tanınması, həmin bölgüyə uyğun olaraq onlara qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri, Tİ və MHQİ-yə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 20 sentyabr 2006-cı il tarixli 1mk-4557/2006 saylı qətnaməsi ilə cavabdehlər X4 və Cavabdeh 1oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X4 və X8 həmin qətnamədən kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2006-cı il tarixli 6 K 2943/06 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 20 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra e vdəki mülkiyyət paylarının nisbəti bir neçə dəfə dəyişmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat tarixi 10.12.2011-ci il olmaqla verilmiş ******* nömrəli MA seriyalı çıxarışa əsasən evdəki paylar aşağıdakı kimi müəyyən edilmişdir:

1. İddiaçı - 1 otaq (21,2 kv.m) və qalan hissədən ¼ hissə;

2. B. qızına - qalan hissədən ¼ hissə;

3. X2 - qalan hissədən ¼ hissə;

4. Cavabdeh 1oğlu - qalan hissədən ¼ hissə. Daha sonra 01.08.2012-ci il tarixli bağışlama müqaviləsi ilə X4 (iddiaçının qardaşının arvadı) ¼ hissədə olan payını İddiaçı bağışlamış, İddiaçı da 21,2 kv.m. hissəyə olan payını X2 bağışlamışdır. Bundan sonra, Firəngiz Məmmədova və qardaşı uşaqları Maraqlı şəxs1 və Maraql ı şəxs2 həmin hissəni hələ 2003-cü ildə ayrıca ünvan aldıqları Qurban Sadıq küçəsi, 18 A ünvanındakı bitişik tikililərdə ayrıca qeydiyyata aldırmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2014-cü il tarixli, 2(007)52/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin “B” liter tikilisinin yaşayış sahəsi 39,8 kv.m, köməkçi sahəsi 8,4 kv.m olan mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(103)-2361/2014 saylı qətnaməsi ilə Cavabdeh 1 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2014-cü il tarixli 2(007)-52/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli 2(1 02)-3209/2014 saylı qətnaməsi ilə Cavabdeh 1 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2(007)-1566/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 1oğlunun cavabdehlər İddiaçı və X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və bu müqavilə əsasında çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli 2(103)-7404/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 1oğlunun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.06. 2016-cı il tarixli 2(007)-43/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh 1oğlu və Cavabdeh2 qarşı mənzilin real bölünməsi tələblərinə dair iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsi, faktiki “A” literli tikilisinin İddiaçı, “B” literli tikilisinin Cavabdeh 1oğluna və həmin sahənin paylı mülkiyyətçisi olmuş mərhumə B. qızının müəyyən ediləcək vərəsələrinə aid edilməsi, iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 2(013)-907/2017 saylı qətnaməsi ilə Cavabdeh 1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.06.2016-cı il tarixli 2(007)-43/2016 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış son qeydə əsasən ümumi sahəsi 88,4 kv.m., yaşayış sahəsi 80,0 kv.m. olan 4 otaqlı, X. ünvanında yerləşən 18 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə hal-hazırda 2/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh 1oğlunun, 1/4 hissədə B. qızının payları olmaqla onların ümumi paylı mülkiyyətindədir. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. B. qızı ilə Cavabdeh 1oğlu arasında 03 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılan zaman B. qızının həmin müqavilənin predmetini təşkil edən Bakı şəhəri, Az.Keşlə qəsəbəsi, Q.Sadıx küçəsi 18-də yerləşən, yaşayış sahəsi 21,02 kv.m. olan bir otaqlı hissəyə dair müqavilə bağlamaq səlahiyyəti olmadığından hazırkı işdə əqdin subyekt tərkibinə aid edilən şərt pozulmuşdur. Belə ki, həmin alqı-satqı müqaviləsinə aid notariat işindən müəyyən edilmişdir ki, 03 mart 2004-cü il tarixli əmlakın alqı-satqısı müqaviləsinin predmeti olan X. ünvanında yerləşən yaşayış sahəsi 21,02 kv.metr olan bir otaqlı mənzilin satıcı B. qızına məxsus olması Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 09.04.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında müəyyən edilmişdir. Lakin həmin qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunmuşdur ki, X. ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 21,02 kv.metr hissəsi B. qızının deyil, Vəkilov Xalıq Mirzə oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir (i/v 49). Göründüyü kimi alqı-satqı müqaviləsi Notariat Kontorunda təsdiq olunan zaman alqı-satqının predmeti olan mənzil satıcı B. qızına deyil, Vəkilov Xalıq Mirzə oğluna məxsus olmuşdur. Bundan başqa həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi qəbul edilmiş və qətnaməyə əsasən İddiaçı ilə Vəkilov Xalıq Mirzə oğlu arasında 02 iyun 1993-cü il tarixdə Bakı şəhəri 15-ci dövlət notariat kontorunda bağlanmış X. ünvanında yerləşən sahəsi 21,2 kv.m. olan bir otağının 1/2 hissəsinin bağışlanmasına dair müqavilə və Bakı şəhəri Tİ və MHQ İdarəsində həmin müqavilə əsasında X.M.Vəkilovun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, evin həmin hissəsinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Göründüyü kimi alqı-satqı predmeti olan X. ünvanında yerləşən yaşayış sahəsi 21,02 kv.metr olan bir otaqlı mənzil tam olaraq da Vəkilov Xalıq Mirzə oğluna məxsus olmamış və mənzilin 1/2 hissəsi İddiaçı məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 1992ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli evin sahəsi 21,02 kv.metr olan bir otaq Vəkilov Xalıq Mirzə oğlu ilə İddiaçı verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, B. qızının həmin yaşayış sahəsinin 21,02 kv.m. olan bir otağına dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı isə həmin yaşayış sahəsinin mülkiyyətçisi olduğu üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən 03 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Belə ki, həmin maddənin birinci cümləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mübahisəli alqı-satqı müqaviləsi də Mülki Məcəllənin 567-ci maddəsində müəyyən olunan şərtləri (əşyanın satıcısı yalnız mülkiyyətçi ola bilər) pozulmaqla bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbləri digər hisslərdə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinin tələblərinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələr ə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüququna malikdirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.2 və 1246-cı maddələrində isə göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümay iş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, B. qızı 2006cı ildə ölmüş və öldükdən sonra onun birinci növbəli vərəsələri olmamış, həmçinin miras əmlakı ilə bağlı vəsiyyətnamə qoymamışdır. Onun bacısı Əminə Vəkilova miras açılandan əvvəl vəfat etmiş və onun da, birinci növbəli vərəsələri olmamışdır. Digər bacısı Fatma Vəkilova və qardaşı Xalıq Vəkilov da vəfat etmişlər, Fatma Vəkilovanın vərəsələri X6 və Cavabdeh2, Xalıq Vəkilovun vərəsələri isə Maraqlı şəxs1 və Maraqlı şəxs2dur. Eyni zamanda həm iddiaçı, həm də həmin şəxslər mi rası faktiki qəbul etmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras qoyan B. qızından miras qalmış mübahisəli evin 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında 2/6 hissədə İddiaçı, 1/6 hissədə X5, 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Maraqlı şəxs1 və 1/6 hissədə Maraqlı şəxs2 pay hüququ müəyyən edilməlidir. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin istinad etdiyi dəlillər ilə əlaqədar qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olduğundan həmi n müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Əqdin mübahisələndirməsi anlayışı isə Mülki Məcəllənin 337.2-ci maddəsində göstərilmişdir. Mübahisəli alqı-satqı müqaviləsi bağlanılan vaxt həmin maddənin redaksiyası aşağıdakı kimi olmuşdur: Mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. Hazırda isə həmin maddədə göstərilmişdir ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, həmin maddənin əvvəlki redaksiyasında əqdin mübahisələndirilməsi üçün iddianın irəli sürülməsi, hazırki redaksiyada isə iradə ifadəsinin bildirilməsi tələb olunur. Hazırkı işin halları da ondan ibarətdir ki, iddiaçı istər əvvəlki redaksiya, istərsə də hazırki redaksiyada nəzərdə tutulan dispozisiya şərtlərinə uyğun hərəkət etmişdir. Belə ki, cavabdehin vəsatəti əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsindən götürülmüş İddiaçı cavabdehlər B. qızı, Cavabdeh 1oğlu, Cavabdeh2, Bakı şəhəri 15 saylı notariat kontoru, Maraqlı şəxs1, Maraqlı şəxs2 və ƏMDK DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair 2-1711/2005 saylı mülki işin materiallarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı birinci dəfə 03 may 2004-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə paylarını yenidən müəyyən olunması və B. qızı ilə Cavabdeh 1oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə ve rilərək, 02 iyun 1993-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, onun payının özünə qaytarılması və bacısı Əminəyə məxsus olan paydan ona düşən vərəsə payının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin ərizənin sonuna iddiaçının ilkin iddia ərizəsində verdiyi tələbdən imtina etməsi barədə qeyd əlavə edilmişdir (cild 1, i/v 90). İddiaçı həmin qeydlərin onun tərəfindən yazılmadığını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qeydlər prosessual baxımdan heç bir nəticə yaratmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən nə həmin hissədə iş üzrə icraata xitam verilməmiş, nə də qətnamə ilə iddianın təmin edilməsi göstərilsə də, məhz B. qızı ilə Cavabdeh 1oğlu arasında bağlanmış 03 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə tələbə hüquqi qiymət verilməmiş, o cümlədən işə baxan yuxarı instansiya məhkəmələri də bu hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı 03 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan 2 ay sonra, yəni 03 may 2004-cü il tarixdə həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 337.2-ci maddəsinin əvvəlki redaksiyasına uyğun iddia irəli sürməklə əqdi mübahisələndirmişdir. Eyni zamanda həmin iddianın irəli sürülməsi hazırki redaksiyaya uyğun iradə ifadəsinin bildirilməsini ehtiva edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf indən Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən 1 illik müddət ötürülməmişdir. İş materiallarında olan və tərəflər arasında əvvəllər baş tutmuş çoxsaylı mülki işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarında B. qızının mübahisəli fərdi yaşayış evindəki olan payı onun adında qaldığı kimi göstərilmiş və məhkəmə mübahisələri bu hal nəzərə alınmaqla həll olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin digər qaydada həll olunması qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları (qətnamələri) ilə müəyyən olunmuş nəticələrin ziddinə qərar qəbul edilməsi ilə nəticələnəcəkdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin f aktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan 03 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı B. qızı mülkiyyətində olmayan 21.0 2 kv.m. otağa dair sərəncam verdiyindən həmin müqavilə öz-özlüyündə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh 1 oğlu t ərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12864/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar