Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2764/2020 08.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, LG Led markalı televizor üçün 167 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioner üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Tozsoran GORENJE üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, ümumilikdə 545 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon, LG Led markalı televizor, HOFFMANN markalı kondisioner və Tozsoran GORENJE almış və nəticədə 545 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1826 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2764/2020 saylı qərardadı ilə iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat materialları üzrə işə iddia icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 10039 saylı, xx.xx.2018-ci il tarixli № k00139276 saylı, xx.xx.2018-ci il tarixli № k00149023 saylı və xx.xx.2018-ci il tarixli № 00377629 saylı müqavilələrdən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon, LG Led markalı televizor, HOFFMANN markalı kondisioner və Tozsoran GORENJE-ni qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, LG Led markalı televizor üçün 167 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioner üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Tozsoran GORENJE üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, ümumilikdə 545 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, LG Led markalı televizor üçün 167 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioner üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Tozsoran GORENJE üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, ümumilikdə 545 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70007 olan Samsung J3 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, LG Led markalı televizor üçün 167 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioner üçün 135 manat ödənilməmiş hissə, 13 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Tozsoran GORENJE üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, ümumilikdə 545 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2764/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2764/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver