Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2764/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Binatalı qızına qarşı «müqavilənin ləğv edilməsi, əmlakın qaytarılması» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixində 0151-M, xx xxxxxx 2020-ci il tarixində 0150-M nömrəli müqavilələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 1 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Belə ki, İddiaçı MMC iddia ərizəsində cavabdeh kimi X1 göstərsə də, iddia ərizəsində göstərilən cavabdehin ata adı ilə iş materiallarında göstərilən cavabdehin ata adı arasında uyğunsuzluq vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA2996006 nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsində cavabdehin ata adı Cavabdeh2 olaraq göstərilmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.2ci və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Binatalı qızına qarşı «müqavilənin ləğv edilməsi, əmlakın qaytarılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Binatalı qızına qarşı «müqavilənin ləğv edilməsi, əmlakın qaytarılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2764/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2764/2021
02.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver