Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2772/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 180 manat, 54 manat cərimə borcu və dövlət rüsumu üçün 21 manat olmaqla, ümumilikdə 255 manat məbləğində pul vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sunnuy Electronics” mağazasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli, 16480 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin icrasını təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdehə 12 ay ərzində hər ay 25,58 manat ödəniş etmək şərtilə ümumi dəyəri 337 manat olan Planşet Kompyuter satılmışdır. Cavabdeh aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, hazırda olan 180 manat əsas borcu, 54 manat cəriməni ona xəbərdarlıq edilməsinə baxmayaraq indiyədək ödəməmiş, müqavilənin tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 16480 saylı alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən müəyyən edilir ki, Cavabdeh1 Planşet Kompyuter üçün 12 ay ərzində İddiaçı hər ay 25,58 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 öhdəliyin tamamiylə icrası üçün satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx xxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 hazırda 180 manat əsas borcu və 54 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehlərdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər bоrclu öhdəliyin lazımınca icra еdilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi üçün cərimə ödəyəcəyini vəd еtmişdirsə, krеditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb еdə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı xeyrinə əsas borc üzrə 180 manat, 54 manat cərimə borcu və dövlət rüsumu üçün 21 manat olmaqla, ümumilikdə 255 manat məbləğində pul vəsaiti tutulmalı, iddia bu hissədə təmin edilməlidir. MM-nin 477.0.4 maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır və rədd edilməlidir. Çünki qanuna görə zaminlik müqaviləsində müddət təyin edilmədiyi üçün onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, alqı-satqı müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixdə bitib və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən də zaminliyə xitam verilməli olduğundan iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 16480 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı xeyrinə əsas borc üzrə 180 manat, 54 manat cərimə borcu və dövlət rüsumu üçün 21 manat olmaqla, ümumilikdə 255 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2772/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2772/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver