Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2772/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və sabit pul məbləğində aliment tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(012)-362/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 12 sentyabr 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136.6 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-362/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il tarixdə X3 onun himayəsində saxlanılması və uşağın yektinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 136.6 manat və 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Aralarındakı nikah pozulduqdan sonra, yəni Abşeron Rayon Məhkəməsinin 2(012)- 362/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra ailə böyüklərinin təkidi ilə onunla cavabdeh arasında barışıq olmuşdur. Onlar rəsmi olmasa da, cavabdehlə bir ailə kimi yaşamağa başlamışlar. Onların bu münasibətlərindən xx.xx.2021ci il təvəllüdlü Zöhrə adlı uşaqları doğulmuşdur. Lakin Zöhrəyə hamiləlik dövründə belə yenə də aralarında eyni probelmlər olmuş və o, yenə də atası evinə sığınmışdır. Onun bütün xərclərini ahıl yaşılı validenyləri ödəmişdir. O, hazırda iki övladı ilə birlikdə validenylərinin yanında yaşayır. Çox çətinliklə dolanır. Cavabdeh iki övladı üçün ona cəmi 136 manat məbləğində aliment ödəyir. O isə iki övladına çətinliklə baxır. Məhəmməd adlı uşağı bu il məktəblidir. Cavabdeh övladları ilə bircə dəfə də olsun maraqlanmamışdır. Onun bir ata kimi tək vəzifəsi qətnamə ilə müəyyən edilmiş alimenti ödəməkdir. Göstərilənlərlə bağlı onu da qeyd edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Övladları böyüdükcə onların xərcləri də artır və o, tək ana kimi övladlarını böyütməkdə maddi cəhətdən çətinlik çəkir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh ilə barışdıqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. Odur ki, Abşeron rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(012)-362/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 12 sentyabr 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136.6 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 12 sentyabr 2017-ci ildə X6, 18 fevral 2021-ci ildə X9 anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 362/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X10 arasında 21 iyul 2016-cı il tarixdə 3 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 12 sentyabr 2017-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 136,6 manat və 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi, alimentin tutulmasının başlanğıcının 09 oktyabr 2017-ci ildən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 12 sentyabr 2017-ci il təvəllüdlü X4 münasibətdə təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən 12 sentyabr 2017-ci il təvəllüdlü X4 münasibətdə hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-362/2018 saylı qətnaməsi ilə Cavabdeh 12 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,6 (yüz otuz altı manat altmış qəpik) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, 12 sentyabr 2017-ci il təvəllüdlü X4 münasibətdə alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X8 münasibətdə alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, qətnamə həmin hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-362/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 12 sentyabr 2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 manat, cəmi 440 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 12 sentyabr 2017-ci il təvəllüdlü X4 münasibətdə bu qətnamə qanuni qüvvəyə minən gündən, xx.xx.2021-ci il təvəllüdlü X8 münasibətdə isə xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə xx.xx.2021-ci il təvəllüdlü X8 münasibətdə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva